1972-ci il tarixdə ən uzun il olub: Səbəbi nədir?

1972-ci il tarixdə ən uzun il olub: Səbəbi nədir?1972-ci ildə alimlər həmin dövr üçün qeyri-adi bir qərar qəbul ediblər.

Qayanrinfo "IFLscience" portalına istinadən ki, 1972-ci il "Uotergeyt" qalmaqalının başlanması, "Xaç atası" filminin nümayişi və "Apollon-17" missiyası zamanı Ay səthinə son enişlə yadda qalıb. Bu ilin xüsusi cəhətlərindən biri də tarixdə ən uzun il olmasıdır.

Məlumata görə, 1972-ci il bir çox illərlə müqayisədə artıq 24 saat daha uzun olub. Üstəlik, həmin ilə iki sıçrayış saniyəsi - 30 və 31 dekabrda əlavə olunub.

Nəşrin hesablamalarına əsasən, 1972-ci il 31 622 402 saniyə davam edib. Müqayisə üçün, adi 365 günlük il 31 536 000 saniyədir.

Açıqlamaya görə, həmin il əlavə edilən saniyələr saatların Yer kürəsinin qeyri-bərabər fırlanması ilə sinxronlaşdırılması üçün lazım idi. Hazırda dünya vaxt ölçülməsində atom saatından istifadə edir.

Atom saatı adətən seziy atomlarının təbii titrəyişlərini izləməklə işləyir. Bu titrəyişlər sayıldıqda zaman son dərəcə dəqiq ölçülür və milyon illər ərzində cəmi bir saniyəlik fərq yarana bilər.

Problem ondadır ki, bu qədər dəqiq olan atom saatı belə Günəşin səmadakı mövqeyi ilə tam uyğun gəlmir. Yer hər gün tam bərabər sürətlə fırlanmır və buna görə bəzən əlavə saniyələr tələb olunur.

Nəşr qeyd edir ki, millisekundluq kənaraçıxmalar kiçik görünə bilər, lakin zaman ölçümündə yüksək dəqiqlik tələb edən GPS naviqasiya, telekommunikasiya, maliyyə əməliyyatları və elmi tədqiqatlar kimi texnologiyalar üçün son dərəcə vacibdir.

1972-ci ilin iyununda ABŞ Milli Standartlar Bürosunun laboratoriyasının da iştirak etdiyi beynəlxalq razılaşmaya əsasən ilk sıçrayış saniyəsi əlavə edilib. Dekabrın sonunda isə "itirilmiş vaxtı" kompensasiya etmək üçün daha bir saniyə daxil edilib.

Nəşr xatırladır ki, 1970-ci illərdən bəri dünya koordinasiya olunmuş vaxtına 30-a yaxın sıçrayış saniyəsi əlavə olunub. Bu saniyələr atom saatı ilə Yer fırlanması arasında tarazlığın qorunmasına imkan verib.

Bəzi alimlər eramızdan əvvəl 46-cı ili də tarixdə ən uzun il hesab edirlər. Həmin il Yuli Sezar astronomlarının məsləhəti ilə Roma təqvimini günəş ilinə uyğunlaşdırmaq üçün təqvimə 445 gün əlavə etmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1642   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.