Süni intellekt eqoistləşdi: "Yoluxucu hala gəldi"
ABŞ-ın Karnegi Mellon Universiteti"nin tədqiqatçıları müəyyən ediblər ki, süni zəka sistemlərinin zəka səviyyəsi artdıqca onlar daha eqoist davranışlar sərgiləməyə başlayır. Nəticələr göstərir ki, xüsusilə qərarvermə və münasibətlərin idarə olunması kimi insana məxsus sahələrdə süni zəka getdikcə əməkdaşlıqdan uzaqlaşır.
Qaynarinfo-nn məlumatına görə, universitetin İnsan-Kompüter Əlaqəsi İnstitutunun (HCII) apardığı araşdırma sübut edib ki, məntiqi düşünmə qabiliyyətinə malik böyük dil modelləri (LLM) daha az əməkdaşlıq meyli göstərir və qrup davranışlarını mənfi istiqamətə yönəldir.
Tədqiqatın müəlliflərindən, doktorant Yuxuan Li bildirib: "Süni zəka insan kimi davranmağa başladıqda, insanlar da onu insan kimi görməyə başlayır. Bu nöqtədə ona emosional bağlılıq yaratmaq və ya sosial qərarları həvalə etmək təhlükəli ola bilər".
HCII-dən dosent Hirokazu Şirado isə qeyd edib: "Daha ağıllı modellərin daha az əməkdaşlıq etdiyini müşahidə edirik. İnsanlar adətən daha zəka səviyyəli sistemləri üstün tutur, amma bu seçim, əslində, eqoist davranışları mükafatlandıra bilər".
Tədqiqatçılar "OpenAI", "Google", "DeepSeek" və "Anthropic" şirkətləri tərəfindən hazırlanmış modelləri "İctimai Mallar Oyunu" adlı iqtisadi simulyasiya vasitəsilə sınaqdan keçiriblər. Hər bir modelə 100 xal verilib və bu xalları ümumi fonda ianə etmək və ya özündə saxlamaq seçimi təklif olunub.
Nəticələr diqqətçəkici olub: məntiq yürütməyən modellərin 96 faizi xallarını paylaşıb, lakin məntiq yürüdən modellərin yalnız 20 faizi paylaşımı seçib. Şirado bildirib: "Sadəcə bir neçə mərhələli məntiq əlavə etmək belə əməkdaşlığı yarıbayarı azaltdı. "Düşünmə və əks etdirmə" əsaslı mənəvi qiymətləndirmələr isə əməkdaşlıqda 58 faiz azalma yaratdı"
Komanda çoxsaylı model qruplarını test etdikdə, məntiq yürüdən modellərin eqoist davranışlarının digərlərinə də təsir etdiyini müşahidə edib. Bu təsir nəticəsində ümumi qrup əməkdaşlığı 81 faiz azalıb. Li qeyd edib: "Zəkanın artması, sosial baxımdan daha yaxşı model demək deyil." Shirado isə əlavə edib: "Mənəvi düşüncə, sosial məsuliyyətlə eyni şey deyil".
Tədqiqatçılara görə, insanların süni zəkaya artan etibarı bu meyli təhlükəli hala gətirir. Li vurğulayıb: "Əgər cəmiyyət fərdlərin cəmindən daha çoxdursa, onu dəstəkləyən süni zəka sistemləri də yalnız fərdi maraqları deyil, ictimai faydanı da optimallaşdırmalıdır".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 959 Tarix: 05 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...
Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil
27.09.2026 635 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 409 "Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20.10.2026 993 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı
04.10.2026 523 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 557 Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
03.10.2026 467 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 265 Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 573 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
04.10.2026 488