Ronaldo milyarder olması ilə bağlı suala ironik cavab verib
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo jurnalist Pirs Morqanın onun maliyyə vəziyyəti ilə bağlı verdiyi suala ironik şəkildə cavab verib.
BAKU.WS xəbər verir ki, bu epizod futbolçunun "YouTube" kanalında yayımlanan müsahibə anonsunda yer alıb.
Morqan futbolçudan soruşub ki, o, ötən həftə milyarder olubmu? Sualın səbəbi "Bloomberg" nəşrinin oktyabrda dərc etdiyi məlumat idi. Həmin məlumatda Ronaldunun ilk milyarder futbolçu olduğu və sərvətinin 1,4 milyard dollar təşkil etdiyi bildirilirdi.
"Xeyr, bu doğru deyil. Mən bir neçə il əvvəl milyarder olmuşam", – deyə Ronaldo zarafatla cavab verib.
Geridə qalan mövsümdə ulduz futbolçu "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 oyuna çıxaraq 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Cari mövsümdə isə Səudiyyə Ərəbistanı təmsilçisi 5 oyunda 15 xal toplayaraq çempionata liderlik edir.
Qeyd edək ki, Kriştianu Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr" klubunda çıxış edir. Qanunlara görə, ölkədə nikahsız kişi və qadının eyni evdə yaşamasına icazə verilməsə də, əfsanəvi futbolçuya istisna hal kimi bu imkan yaradılıb.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1053 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 254 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 248 Corc Rassell Bakıdakı qələbəsindən DANIŞDI
"Mercedes" pilotu Corc Rassell "Formula-1" üzrə Azərbaycan Qran-prisində qazandığı qələbədən sonra fikirlərini bölüşüb. xəbər verir ki, britaniyalı sürücü yarışın onun üçün uğurlu keçdiyini bildirib. "Yarışın ilk hissəsi kifayət qədər rahat keçdi. Sonlara yaxın inanılmaz sürə
26.09.2026 259 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 316 Zlatan İbrahimoviçdən Ronalduya sərt sözlər: "Yaratdığın mirası eqonla məhv edirsən"
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç hücumçu Kriştianu Ronaldunun Portuqaliya millisinin düşərgəsindən ayrılmaq qərarı ilə bağlı danışıb və komanda daxilindəki qalmaqala münasibət bildirib. -ın məlumatına görə, bu barədə "Tudn" nəşri yazıb. "Yaratdığın mirası öz eqonl
04.10.2026 249 Azərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11.09.2026 279 ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını
03.10.2026 203 Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı
İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb. -ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşana
04.10.2026 207 Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 417