"Necə olur ki, xilasetmə gəmisindən dənizə düşür, çıxara bilmirlər?.." - Video
Bakıda özəl klinikaların birində və xarici şirkətə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovdan təxminən 37 gündür xəbər yoxdur.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Baku TV-yə onun valideynləri məlumat veriblər. Bildiriblər ki, övladlarından sentyabrın 27-dən bəri məlumat ala bilmirlər.
Anası Aygün Sultanovanın sözlərinə görə, oğlu iyulun sonu işə gedib və avqustun axırı geri dönməli idi: "Bir ay işdə, bir ay evdə olurdu. Zəng etdi ki, əvəzedici həkimi başqa yerə göndərirlər və onun yerinə də işə çıxıb. Ona görə də sentyabrda gələcək. Avqustun 17-si gəmi heyəti onun ad gününü – 33 yaşını qeyd eləmişdi. Hər şey normal idi. Sentyabrda danışanda dedi ki, yəqin ki, oktyabrda gələcəyəm, bir də uzadıldı. Sentyabrın 27-si klinikadan zəng elədilər ki, belə bir hadisə baş verib, Tural dənizə düşüb..."
O qeyd edib ki, oğlu ilk dəfə idi bu qədər uzun müddət dənizdə qalırdı: "Əslində kimisə dənizdə 45 gündən artıq saxlamağa ixtiyarları yoxdur. Mən günahı həm klinika, həm şirkətdə görürəm ki, uşağımı bu qədər orada saxlayıblar. Uşağımın axtarışında heç bir nəticə yoxdur. Əvvəlki günlər, yəqin ki, axtarıblar, amma sonradan heç bir axtarış aparılmayıb.
İstəyirik ki, qaranlıq məqamların üstü açılsın. O özünə qıyan adam deyildi. Ev almışdı, mətbəx mebeli yığdırırdı, behini də vermişdi. Gələndə öz evinə girəcəkdi, heç öz evinə girmədi..."
Atası Hüseynağa Sultanov isə bildirib ki, övladları ilə bağlı gəmi heyəti və klinika təzadlı məlumatlar verir: "Gəminin kapitanı ilə danışmışam, deyib ki, oktyabrın 26-sı klinika ilə nəsə söhbəti olub, sonra bu hadisə baş verib. İndiki dövrdə nə olan qurğudur ki, telefonun parolunu sındıra bilmirlər?! Tural 6 ildir işləyir, adamları tanıyır. Klinikanın direktoru isə deyir ki, 72 saat ərzində axtarış aparılır, sonra dayandırılır. Biz şirkətə gedib görüşdük, dediklərinə görə, helikopter, kiçik qayıqlarla axtarış aparılıb.
Bu, böyük klinikanın müqaviləsi əsasında işləyən böyük gəmidir. 62 metr uzunluğu var. Dərd orasındadır ki, bu, xilasetmə gəmisidir. Necə olur ki, xilasetmə gəmisindən bunların gözü qarşısında dənizə düşür, çıxara bilmirlər?.. Biz valideyn olaraq neyləməliyik?
Bunların dediklərinə görə, Turalın hərəkətlərində nəsə dəyişiklik olub, hadisə baş verib. Lap tutaq ki, intihar edib. Təsəvvür edin, adam ayaqqabısını çıxarır, telefonunu qoyur ora, tullanır. Elə olur məgər?"
Valideynlər həmçinin bildirirlər ki, gəminin içərisindəki kamera görüntüləri onlara verilmir.
Daha ətraflı süjetdə:

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 720 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995