Prezident Cəbrayıldadır - Fotolar

Prezident Cəbrayıldadır - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib.

Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.

Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.

Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə "Əsgər" kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.

Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi.

Prezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - FotolarPrezident Cəbrayıldadır - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 28 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BTQ dəmir yolu xəttinin rəsmi açılışı keçirilir

Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir. "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmi

02.06.2026 196
.

BİG.AZ yazdı Sumqayıtda 7 nömrəli marşrut sürücüsü cəzalandırıldı

Sumqayıt şəhərində ictimai nəqliyyat sahəsində yaşanan problemlərlə bağlı BİG.AZ-ın yazısına Sumqayıt Nəqliyyat MMC-dən cavab verilib. Qurumdan BİG.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin narazılığına səbəb olan 7 nömrəli marşrut xətti üzrə baş vermiş hadisə araşdırılıb. Aparılan yoxlamala

02.06.2026 207
.

ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır

ABŞ Avropanın daha bir neçə ölkəsində öz nüvə silahını yerləşdirmək məqsədilə danışıqlar aparır. Trend xəbər verir ki, bu barədə "Financial Times" danışıqların gedişi ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Hazırda belə silahlı təyyarələr altı ölkədə yerləşdirilib. Rusiya sərhədlərin

02.06.2026 136
.

Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU

Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir. Amma burada hələ də bir proble

02.06.2026 161
.

Uşaqları texnologiyadan uzaq saxlamaq çıxış yolu deyil

"Ümumiyyətlə, uşaqları və yeniyetmələri rəqəmsal dünyadan tamamilə uzaq saxlamaq nə real, nə də düzgün yanaşmadır. Çünki müasir dövrdə təhsil, ünsiyyət və məlumat əldə etmək imkanları texnologiyalarla sıx bağlıdır. Buna görə də əsas məqsəd uşağın əlindən telefonu almaq deyil, ona texnologiyada

02.06.2026 171
.

ABŞ yaxın günlərdə İrana qarşı hücumları artıracaq

ABŞ administrasiyasının yaxın günlərdə İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirə biləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, Vaşinqtonun planına bir neçə mərhələdən ibarət intensiv zərbələr daxildir. Bildirilir ki, hərbi əməliyyatların müxtəlif mərhələlərlə həyata keçirilməs

02.06.2026 198
.

Polkovnikə cinayət işi açıldı

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. "qafqazinfo"ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəx

02.06.2026 200
.

Altı ölkə su altında qala bilər - Daily Express

"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü

02.06.2026 163
.

Filippində bina çöküb

Anxeles şəhərində inşası davam edən doqquzmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, bu gün dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Hadisə zamanı ümumilikd

02.06.2026 191
.

TOP MP3