"Estoniyanın Azərbaycanda səfirlik açmaq qərarı strateji baxımdan mühüm addımdır" - Politoloq
Estoniya Azərbaycanda səfirlik açacaq.
Bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib ki, Estoniyanın Azərbaycanda səfirlik açmaq qərarı yalnız iki ölkə arasında əlaqələrin sadəcə formal genişlənməsi deyil, regional siyasətdə daha aktiv mövqe tutmaq niyyətidir. Bu addım Estoniyanın qonşu regionda Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyi kimi də oxuna bilər.
Eyni zamanda bu qərar Azərbaycanın xarici siyasətində müttəfiqlər dairəsinin genişlənməsi və Avropa ilə əlaqələrin dərinləşməsi istiqamətində bir addımdır:
"Azərbaycanda səfirlik açmaq Estoniyaya Qafqaz regionunda birbaşa diplomatik mövcudluq verir. Bu da "Uzaq Şimaldan Cənub" səviyyəsində Avropa-Asiya əlaqələrinin genişlənməsi baxımından önəmlidir.
Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar və beynəlxalq aktorlarla Estoniyanın əlaqələrinin qurulması onun üçün yeni imkanlar açacaq — iqtisadi, nəqliyyat, mədəni əməkdaşlıq sahələrində.
Eyni zamanda, bu, Azərbaycanın regionda bir daha diplomatik mərkəz kimi rolunu gücləndirir. Ölkə xaricdə bir növ "platforma" funksiyasını dəfələrlə götürür.
Diplomatik nümayəndəliyin açılması iqtisadi əlaqələri canlandıra biləcək mexanizmdir. Estoniyanın Azərbaycandakı şirkətləri bu ölkə bazarına — enerji, IT, start-up müəssisələri, rəqəmsal transformasiya sahələrində daha rahat çıxış əldə edə bilər.
Azərbaycan üçün isə Avropa Şurası ölkəsindən belə bir addım investisiya, texnologiya transferi və biznes mühitinin Avropa standartlarına yaxınlaşması baxımından müsbət mesajdır.İnfrastruktur və tranzit sahəsində də "Avropa-Qafqaz" xətti üzrə Estoniya ilə əməkdaşlıq imkanları genişlənə bilər.
Təxmin etmək olar ki, növbəti illərdə Estoniya Azərbaycanda diplomatik missiyasını aktiv olaraq genişləndirəcək. Məsələn, əməkdaşlıq sahələrini (IT, start-up, enerji, mədəniyyət) prioritet edəcək.
Azərbaycanda fəaliyyət göstərəcək Estoniya səfirliyi regiondakı digər Avropa ölkələri üçün də "örnək" ola bilər. Yəni Estoniyanın addımı ilə bənzər addımları görmək mümkündür.
Bu isə Azərbaycan üçün diplomatik şəbəkənin genişlənməsi, Avropa ilə bağlı seçim imkanlarının çoxalması deməkdir. Bu da uzunmüddətli təhlükəsizlik və iqtisadi dayağın möhkəmlənməsi baxımından mühümdür.
Estoniyanın Azərbaycanda səfirlik açmaq qərarı strateji baxımdan mühüm addımdır. Bu addım yalnız iki ölkə arasında əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda regionun Avropa-əsaslı diplomatik şəbəkələrinin güclənməsinə işarədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 764 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
07.10.2026 275 120 illik avtomobil markası tarixə qovuşdu
ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə
07.10.2026 248 Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz
10:58 91 Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...
Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd
07.10.2026 253 25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
07.10.2026 376 Co Baydenin son durumu AÇIQLANDI
ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü
07.10.2026 273 Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo
10:41 102 Əliyev Putinə zəng etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
07.10.2026 245 "Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov
Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir
07.10.2026 230