Müharibəni qazandıq, sülhü inşa edirik: Azərbaycanın diplomatik yüksəlişi

Müharibəni qazandıq, sülhü inşa edirik: Azərbaycanın diplomatik yüksəlişi"İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini ciddi şəkildə gücləndirdi. Artıq bütün dünya yaxşı anlayır ki, bu tarixi zəfərin üç əsas qəhrəmanı var: birincisi Ali Baş Komandan İlham Əliyev, ikincisi onun formalaşdırdığı yenilməz ordu, üçüncüsü isə bir yumruq kimi birləşmiş Azərbaycan xalqıdır. Son 80 il ərzində ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edən ikinci bir dövlət yoxdur; bunu yalnız Azərbaycan dövləti, onun ali rəhbəri və xalqımız bacardı".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O, qeyd edib ki, bu zəfər Azərbaycanı beynəlxalq siyasi arenada söz sahibi edən amillərdən biridir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan dünya miqyasında böyük dövlət hesab edilməyə bilər, amma sözünün çəkisi olduqca böyükdür. Bu, Azərbaycanın nüfuzunu və diplomatik gücünü göstərən bir nümunədir:

"2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin Birləşmiş Ştatlara səfəri də bu nüfuzun göstəricisidir. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp Azərbaycan liderinə xitabən bildirib: "Siz güclü və müdrik lidersiniz. Sizinlə dostluqdan fəxarət hissi keçirirəm." Bu, Azərbaycanın beynəlxalq arenada qazandığı güclü dəyərin əyani nümunəsidir.
Müharibəni qazandıq, sülhü inşa edirik: Azərbaycanın diplomatik yüksəlişiDünyanın digər fövqəl dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə Azərbaycan arasında da sıx əlaqələr mövcuddur. Prezident İlham Əliyev indiyədək Çinə səfərlərini səkkiz dəfə həyata keçirib, 2025-ci ildə isə artıq iki dəfə rəsmi səfər edib. Çin Prezidenti Si Cin Pin Azərbaycan prezidentini "Çin xalqının köhnə dostu" adlandırıb. Milyard yarım insanı əhatə edən bir ölkənin köhnə dostu olmaq etibarlı və strateji münasibətlərin göstəricisidir. Azərbaycan prezidentinin Çinə səfərləri zamanı göstərilən yüksək səviyyəli qarşılanış bütün dünyada diqqət çəkib.

Azərbaycan qalib dövlət olaraq yalnız müharibəni qazanmamış, eyni zamanda sülh prosesini də idarə etmək bacarığını göstərmişdir. Hazırda Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən zirvə toplantısındadır. Bu toplantı çərçivəsində Avropa liderləri Azərbaycan prezidenti ilə görüşmək üçün müraciət edirlər. Maraqlıdır ki, Fransa Prezidenti Emmanuel Makron da belə bir təşəbbüslə çıxış edib. Bu, Azərbaycanın diplomatik uğurlarının növbəti göstəricisidir.

Hazırda bölgədə sülh prosesi də dinamikdir. Ümid edirik ki, 2026-cı il sülh ili kimi tarixə düşəcək və Azərbaycan ilə Ermənistan arasında uzun müddət gözlənilən sülh müqaviləsi imzalanacaq. Bu isə bölgəmizə uzunmüddətli və dayanıqlı sülh gətirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.