Payızda göbələk yığmaq təhlükəlidir – səhv tanıma zəhərlənməyə səbəb ola bilər

Payızda göbələk yığmaq təhlükəlidir – səhv tanıma zəhərlənməyə səbəb ola bilər"Payız mövsümü yabanı göbələklərin bolluğu ilə seçilir. Bir çox insanlar meşələrdə, dağlarda və kənd ərazilərində göbələk yığır. Lakin təbii göbələklərin istifadəsi ciddi risklər daşıyır. Düzgün tanınmayan və yanlış hazırlanmış göbələklər ağır zəhərlənməyə, hətta ölümlə nəticələnə bilər".

Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

O, qeyd edib ki, dünyada minlərlə göbələk növü mövcuddur, lakin yalnız bir qismi yemək üçün uyğundur. Çox sayda növ isə zəhərlidir və hətta təcrübəli göbələk yığanlar da səhv edə bilər. Zəhərli göbələklərin toksinləri yüksək istilikdə belə məhv olmur; yəni onları qaynatsanız və ya qızartsanız da zərərsizləşmir:

"Zəhərli göbələk yedikdən sonra əlamətlər bir neçə saatdan 1-2 günə qədər özünü göstərə bilər. Ən çox rast gəlinən simptomlar ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, başgicəllənmə, qaraciyər və böyrək zədələnməsini göstərən sarılıq və sidik problemləridir. Bəzi hallarda zəhərlənmə daha təhlükəli olur və təcili tibbi yardım göstərilməsə, həyat üçün ciddi risk yaradır.

Təhlükələrdən qorunmaq üçün göbələkləri yalnız bazarlardan və etibarlı satış mənbələrindən almaq lazımdır. Küçə kənarında təsadüfi satıcılardan və ya meşədən yığılmış göbələklər çox təhlükəlidir. Hətta təcrübəli insanlar səhv edə bilər və nəticədə ağır zəhərlənmə baş verə bilər.

Göbələkləri çiy halda yemək olmaz, hətta yeməli növlər belə çiy halda həzm problemlərinə səbəb ola bilər. Onları yaxşı bişmiş halda qəbul etmək lazımdır. Göbələklər ümumiyyətlə ağır həzm olunan qidadır, ona görə də uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün tövsiyə olunmur.

Bəzən bir yeməli göbələyin yanında qarışan kiçik zəhərli növ bütün yeməyi təhlükəli edə bilər. Göbələk yedikdən sonra hər hansı simptom yaranarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək lazımdır. Evdə özbaşına müalicə etmək təhlükəlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 933   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.