"Bu addım Vaşinqton razılaşmalarının icrasına doğru vacib bir başlanğıcdır" - Politoloq
ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistanın sərhəd qüvvələri ilə birlikdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində investisiya tələb edən istiqamətləri dəqiqləşdirərək, analitik metodologiya hazırlayacaq.
Bu işlər avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçiriləcək.
"ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin komandası 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələri ilə birlikdə "Boşluqların/imkanların analizi" prosesi vasitəsilə imkanları qiymətləndirəcək və təkmilləşdirilməsi tələb olunan istiqamətləri müəyyən edəcək. Digər yerlərdə uğurla tətbiq edilmiş bu analitik metodologiya sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək", - məlumatda bildirilib.
Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki , Avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalarda əsas istiqamətlərdən biri sərhəd təhlükəsizliyinin gücləndirilməsi idi.
İndi ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistan sərhəd qüvvələri ilə birlikdə boşluq/imkanların analizi metodologiyası üzərində işləyir; sentyabrın 29-u ilə oktyabrın 11-i arasında bu analiz aparılacaq. Məqsəd sərhəd təhlükəsizliyi sahəsində investisiya tələb olunan istiqamətləri müəyyənləşdirməkdir:
Bunlar razılaşmaların konkret icrasına dair ilk addımlardır.
Sərhəd təhlükəsizliyi gücləndikcə Ermənistan-Azərbaycan arasında sərhəd qoyuluşları, nəzarət məsələləri daha şəffaf və nəzarət edilə bilən olacaq. Bu, sərhədlərə dair insidentlərin azaldılması və sülhün daha dayanıqlı olması üçün baza rolunu oynaya bilər.
ABŞ-nin iştirakı göstərir ki, regiondakı aktorlar yalnız qonşuluq siyasəti çərçivəsində deyil, həm də beynəlxalq güclərin maraqları kontekstində hərəkət edir. Bu, infrastruktur, sərhəd nəzarəti texnologiyaları və təcrübə paylaşımı baxımından imkanları artırır.
Ermənistan üçün daxildə siyasi legitimlik qazanmaq üçün fürsət yarana bilər. Razılaşmaların icrası müsbət xəbərlər və beynəlxalq aləmdə etimad artımı deməkdir. Azərbaycan üçünsə regional sülh və təhlükəsizlik təminatı ilə bağlı narahatlıqların azalması faydalıdır.
Bu addım Vaşinqton razılaşmalarının icrasına doğru vacib bir başlanğıcdır. Əgər analiz düzgün aparılar, investisiyalar vaxtında və effektiv istifadə olunarsa, bu, sərhəd təhlükəsizliyi baxımından reallıqda dəyişikliklərə səbəb ola bilər və uzunmüddətli sülh üçün baza yarada bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 683 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447