Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...
Dünya siyasətinin gündəmində olan "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı liderləri bir arada görməyimizlə yanaşı, digər maraqlı detallarla da yadda qalıb.
Belə ki, Danimarkanın Baş naziri Mette Frederiksenin dövlət və hökumət başçılarını qarşıladığı məkanda günəbəxan tarlası fonu yer alıb.
Eyni zamanda hər bir tədbir iştirakçısının masasının üzərinə də Danimarkanın dünyaca məşhur şirkəti "Lego Group"a məxsus günəbaxan leqosu qoyulub. Bu, tədbirə ev sahibliyi edən ölkənin qonaqlara simvolik jesti kimi qiymətləndirilə bilər.
Bu məqamda sual ortaya çıxır: niyə məhz günəbaxan? Bu toplantının günəbaxan detalları fonunda keçirilməsi hansı rəmzi mənanı daşıyır?
Əvvəlcə onu qeyd edək ki, toplantının əsasını Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular təşkil edir.
Əsas mövzulardan birinin Rusiya-Ukrayna olduğuna nəzər yetirsək, Aİ Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edir. Belə olduğu zaman görürük ki, tədbirdə günəbaxan simvollarının yer alması heç də təsadüfü deyil...
Günəbaxan Ukraynanın əsas simvollarından biridir. O, ölkənin milli gülü, dünyanın sülh və dözümlülük simvoludur. Bu güllər hələ XIX əsrdə Şimali Amerikadan Ukraynaya gətirilib və Ukrayna iqtisadiyyatının dayağı hesab olunur.
Günəbaxanlar Ukrayna xalqı üçün həm də ümid və yenilənmə rəmzidir. Tarixə nəzər salsaq, köklərin Çernobıl faciəsinə gedib çıxdığını daha yaxşı görərik. 1994-cü ildə bir qrup amerikalı tədqiqatçı təcrid zonasına gəlib və həmin ərazidə eksperiment aparıblar. Onlar müəyyən bir əraziyə günəbəxan toxumları əkiblər və həmin sahədə möcüzəvi bir şey aşkar ediblər. Həmin güllər torpaqdan radioaktiv maddələrin 95%-ni çıxara bilib. Daha sonra 1996-cı ildə Ukrayna, Rusiya və ABŞ müdafiə nazirləri nüvə silahlarının ləğvi və sülh naminə Pervomaysk raket bazasında birlikdə günəbaxanlar əkiblər.
Elə həmin gündən bu günə kimi sözügedən gül ukraynalılara həmrəylik göstərilməsinin əsas üsullarından birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra da bunun şahidi oluruq...
Hətta müharibə başlayandan sonra Ukraynanın Henyçesk şəhərində bir qadın rus əsgərlərə günəbaxan toxumları verərək deyib: "Bu toxumları cibinizə qoyun ki, öldüyünüz yerdə günəbaxanlar çıxsın".
Bundan başqa, müharibə başlayandan sonra ABŞ-nin keçmiş Prezidenti Co Baydenin xanımı Cil Bayden Ukraynaya dəstək məqsədilə günəbaxan detalı ilə bəzənmiş don geyinib və maska taxıb.
Hətta Londonda Ukraynanı dəstəkləyən bir qrup şəxs Britaniyadakı Rusiya Səfirliyinin qarşısına müharibə başlayan gündən günəbaxan çiçəkləri düzürlər.
Ukrayna hər dəfə xalqın sınandığı faciələrlə üzləşsə də, günəbaxanların sülh simvolu kimi mənası nəinki həmin ölkədə, hətta dünyada belə dəyişməyib.

Qafqazinfo
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1042 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev
Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo
16.09.2026 202 Erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?
Azərbaycanda erkən evliliklərlə mübarizə son illər gücləndirilib. Qanunvericiliyə mühüm dəyişikliklər edilib. Nikah yaşı 18 müəyyənləşdirilib, yetkinlik yaşına çatmayanların evliliyə cəlb edilməsinə görə məsuliyyət sərtləşdirilib, dövlət qurumları və vətəndaş cəmiyyəti preventiv tədbirləri genişləndirib
16.09.2026 165 ABŞ-İran müharibəsində son vəziyyət: Vaşinqtonda müharibənin dayandırılması ilə bağlı yeni addım
ABŞ-İran müharibəsi davam edərkən, Vaşinqtonda münaqişənin dayandırılması ilə bağlı siyasi təzyiqlər artır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 15-də prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısın
16.09.2026 233 "SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16.09.2026 164 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev "Şöhrət"
16.09.2026 190 Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ
Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd
16.09.2026 195 ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"
Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin
16.09.2026 260 Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə
16.09.2026 180 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16.09.2026 407