Kopenhagendə Əliyev–Paşinyan görüşü: sülh prosesinə yeni baxış

Kopenhagendə Əliyev–Paşinyan görüşü: sülh prosesinə yeni baxış"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak edir. Toplantının açılış mərasimindən öncə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş diqqət çəkib".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, hərçənd görüşün detalları ictimaiyyətə açıqlanmayıb, liderlərin sadə bir masa arxasında əyləşərək səmimi tərzdə söhbət etməsi mühüm siyasi siqnal kimi dəyərləndirilir. Ümumilikdə, Prezident İlham Əliyev və Baş nazir Paşinyanın tez-tez bir araya gəlməsi, bu görüşlərin vasitəçi, xüsusi ev sahibi və ya kənar müdaxilə olmadan baş tutması müsbət haldır:
Kopenhagendə Əliyev–Paşinyan görüşü: sülh prosesinə yeni baxış"Uzun illər münaqişənin həllini çətinləşdirən əsas səbəblərdən biri də belə birbaşa, rahat formatda ikitərəfli görüşlərin olmaması idi. İndi isə tərəflər arasında münasibətlərdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.

Xüsusilə Vaşinqton görüşündən sonra mühüm yeniliklər qeydə alınıb. Ən önəmlisi odur ki, tərəflər müharibə ritorikasından, nifrət və gərginliyə səbəb ola biləcək addımlardan çəkinirlər. İlk dəfə olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan Bakıya səfər edərək "3-cü Beynəlxalq Təhlükəsizlik Forumu"nda iştirak edib. Bundan başqa, delimitasiya və demarkasiya prosesi də davam edir.

Hazırda Ermənistan seçkilərə hazırlaşır. Bu kontekstdə liderlərin görüşü sülh prosesinə dair atılacaq addımlar, regional əməkdaşlıq və ümumi vəziyyətin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İrəvan bu günə qədər heç vaxt sülhə bu qədər yaxın olmayıb. Bakı isə prosesi sona çatdırmaqda qərarlıdır.

Prezident İlham Əliyevin diplomatik gedişləri də prosesin gələcəyi üçün ümidvericidir. Ehtimal olunur ki, tərəflər danışıqlar zamanı sülh müqaviləsi, Ermənistanda 7 iyun 2026-cı il tarixinə planlaşdırılan parlament seçkiləri, həmçinin Konstitusiyanın dəyişdirilməsi kimi məsələləri müzakirə ediblər.

Subyektiv yanaşmaya görə, Bakı mövcud şəraitdə Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır və bu mənada onun qələbəsinə birbaşa olmasa da, qeyri-rəsmi dəstək verir. Sülhün gələcəyi baxımından qarşıdakı seçkilər həlledici əhəmiyyət daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev

Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo

16.09.2026 202
.

Erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?

Azərbaycanda erkən evliliklərlə mübarizə son illər gücləndirilib. Qanunvericiliyə mühüm dəyişikliklər edilib. Nikah yaşı 18 müəyyənləşdirilib, yetkinlik yaşına çatmayanların evliliyə cəlb edilməsinə görə məsuliyyət sərtləşdirilib, dövlət qurumları və vətəndaş cəmiyyəti preventiv tədbirləri genişləndirib

16.09.2026 165
.

ABŞ-İran müharibəsində son vəziyyət: Vaşinqtonda müharibənin dayandırılması ilə bağlı yeni addım

ABŞ-İran müharibəsi davam edərkən, Vaşinqtonda münaqişənin dayandırılması ilə bağlı siyasi təzyiqlər artır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 15-də prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısın

16.09.2026 233
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16.09.2026 164
.

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev "Şöhrət"

16.09.2026 190
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

16.09.2026 195
.

ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"

Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin

16.09.2026 260
.

Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə

16.09.2026 180
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16.09.2026 407
.