"Oleq Bakınski"ni xilas edən məktub - Məhkəmədən YENİ QƏRAR
Kiyev Dairə İnzibati Məhkəməsi "Oleq Bakınski" kimi tanınan iş adamı Oleq Krapivinin Ukraynada yaşama icazəsini bərpa edib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, məhkəmə onun yaşama hüququnun ləğv olunması ilə bağlı qərarı qanunsuz hesab edərək ləğv edib. Müvafiq qərarı 2025-ci il sentyabrın 19-da hakim Alyona Kuşnova verib.
Qeyd olunur ki, bu araşdırma üç ildən çox davam edib. 2022-ci il 11 iyul tarixli, Kiyev şəhəri Milli Polisinin Strateji Araşdırmalar İdarəsinin sənədində göstərilib ki, Krapivin "Ukrayna ərazisində Azərbaycan kriminal mühitinin liderlərindən biridir, cinayətkar qrupların fəaliyyətini təşkil edir, əlaqələndirir, maddi cəhətdən təmin edir və bu qruplar Ukrayna ərazisində ağır və xüsusilə ağır cinayətlər törədirlər".
Sənəddə iddia olunurdu ki, Oleq Andreyoviç Kiyevə gələrək ilk növbədə Rusiya Federasiyası əsilli və onlara yaxın şəxslərdən ibarət kriminal elementləri qaldırmaqla kütləvi etiraz aksiyaları təşkil etməyi planlaşdırır.
Bu təqdimatın nəticəsi olaraq, 2022-ci il 26 iyulda Kiyev miqrasiya xidməti Krapivinin Ukraynada yaşama icazəsini ləğv etmək və iş adamına qarşı "dəmir pərdə" tətbiq etmək barədə qərar qəbul edib. Paralel olaraq bir sıra KİV-lərdə "Oleq Bakinski" haqqında Rusiya ilə əlaqələndirilən mənfi yönümlü yazılar yayımlanıb.
Qeyd olunur ki, bu qərar verilərkən Oleq Andreyeviç artıq xaricdə olub. O, 2022-ci il martın 30-da Ukraynanı tərk edib. Bununla belə, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı hücumunun əvvəlindən "Bakinski" Kiyevdə olub və həm Peçersk təpələrində həmvətənləri arasında (onları Ukraynanı müdafiə etməyə çağıraraq), həm də Azərbaycan KİV-lərində açıq şəkildə Ukrayna tərəfdarı mövqeyini ifadə edib.
Məhkəmə materiallarından məlum olur ki, Ukrayna rəsmilərinin Oleq Krapivin barəsində qəbul etdiyi qərarların apellyasiya prosesi bütün mərhələlərdən keçib və əvvəlcə onun üçün mənfi nəticələnib. Lakin sonrakı uğurun "açarı" 2024-cü il iyunun 6-na aid bir məktub olub. Həmin məktubu Kiyev şəhərindəki Dövlət İstintaq Bürosunun İdarəsi "Bakinskinin" vəkillərinin sorğusuna cavab olaraq göndərib. Məktubda qeyd olunub ki, Krapivinin 2019-cu il iyunun 13-də Kiyevdə baş verən hadisələrlə bağlı başlanmış cinayət işində heç bir prosessual statusu yoxdur.
Qeyd edək ki, Oleq Krapivinə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin 6 aylıq sınaq müddəti müəyyən edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 767 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Masallıda
Masallıda kişi arvadını döyüb. xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb. Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarl
16.09.2026 259 Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16.09.2026 287 Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdi
İqtisadçı Natiq Cəfərli Gürcüstanda tətbiq olunan hərbi xidmət sistemi barədə fikirlərini bildirib və Azərbaycanda ordu islahatlarının dərinləşdirilməsinin vacibliyini qeyd edib. -nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri ilə ord
16.09.2026 165 Ramiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16.09.2026 201 Rusiyada seçkilər ərəfəsində iqtisadi problemlər dərinləşir
Rusiyada parlament seçkiləri ərəfəsində əhali yüksək inflyasiya, yanacaq qıtlığı, bahalaşma və işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. xəbər verir ki, verilən məlumata görə, iqtisadi çətinliklər xüsusilə biznes sahəsində özünü göstərir. Yaroslavlda sahibkarlar əsas problemlərdən birinin kadr çatışmazlığ
16.09.2026 158 Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi
Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd
16.09.2026 192 Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. BİG.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16.09.2026 166 Erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?
Azərbaycanda erkən evliliklərlə mübarizə son illər gücləndirilib. Qanunvericiliyə mühüm dəyişikliklər edilib. Nikah yaşı 18 müəyyənləşdirilib, yetkinlik yaşına çatmayanların evliliyə cəlb edilməsinə görə məsuliyyət sərtləşdirilib, dövlət qurumları və vətəndaş cəmiyyəti preventiv tədbirləri genişləndirib
16.09.2026 165 Arıqlayanda duzlu xiyar yemək olar? - Çəkiyə təsiri
Duzlu və marinad edilmiş xiyarların kalorisi azdır. Buna görə ilk baxışdan onlar arıqlamaq istəyənlər üçün ideal məhsul kimi görünür. Lakin tərkibində çoxlu duz olması və bəzi digər xüsusiyyətlərinə görə bu məhsullardan həddindən artıq istifadə etmək məsləhət deyil. xarici mediaya istinadən xəbər veri
16.09.2026 171