Şəkər asılılıq yaratmır və diabetə səbəb olmur: şəkər haqqında 5 əsas mif

Şəkər asılılıq yaratmır və diabetə səbəb olmur: şəkər haqqında 5 əsas mifŞəkər hələ də ən çox müzakirə olunan qidalardan biri olaraq qalır və onun ətrafında saysız-hesabsız miflər dolaşır. Çoxları şəkəri sağlamlığın əsas düşməni hesab edir, amma bu inancların əhəmiyyətli bir hissəsi elmi məlumatlarla təsdiqlənmir.

Lent.az bu 5 mifi təqdim edir:

Mif: şəkər kariyesin əsas səbəbidir

Çoxları elə bilir ki, şirniyyat dişləri birbaşa məhv edir. Əslində isə kariyesin inkişafı şəkərin özündən deyil, ağız boşluğunda qalan karbohidrat qalıqları ilə qidalanan bakteriyaların fəaliyyətindən asılıdır. Əgər dişlər təmizlənməzsə və lövhə yığılmasına imkan verilərsə, bakteriyaların istehsal etdiyi turşular diş minasını zədələyir. Yəni həlledici amil şirniyyatın miqdarı yox, ağız gigiyenasıdır.

Mif: şəkər asılılıq yaradır

Bəzən şəkəri "şirin narkotik" adlandırırlar. Amma klinik məlumatlar göstərir ki, şəkər əsl fizioloji asılılıq yaratmır. İnsanlarda şirinə meyl daha çox emosional faktorlar və vərdişlərlə bağlıdır, bu isə kimyəvi asılılıqdan fərqlidir.

Mif: şəkər artıq çəkinin əsas səbəbidir

Alimlər vurğulayırlar: çəki artımı, hər şeydən əvvəl, ümumi kalori qəbulunun orqanizmin enerji sərfini aşması ilə bağlıdır. Əgər şəkər məqbul miqdarda qəbul olunursa və sutkalıq kalori norması aşılmırsa, o, özü-özlüyündə piylənməyə səbəb olmur.

Mif: şəkər diabet yaradır

Şəkəri çox vaxt 2-ci tip diabetin artımında günahlandırırlar. Amma tədqiqatlar sübut edir ki, əsas risk faktorları azhərəkətlilik, artıq çəki və qaraciyər ilə mədəaltı vəzi ətrafında yığılan visseral piylərdir. Şəkər isə xəstəliyin birbaşa səbəbi deyil.

Mif: şəkər "xərçəng hüceyrələrini qidalandırır"

Bəzi iddialara görə, şirniyyatdan imtina şişlərin böyüməsini ləngidir. Amma bu elmi cəhətdən təsdiqlənməyib. Xərçəng hüceyrələri qlükozanı müxtəlif mənbələrdən ala bilir – hətta şəkər tamamilə kəsilsə belə.

Nəyi bilmək vacibdir?

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, böyüklər gündəlik əlavə olunmuş şəkər istehlakını ümumi kalori qəbulunun 5–10 faizi ilə məhdudlaşdırmalıdır bu, təxminən 25–50 qram (6-12 çay qaşığı) deməkdir. Ən təhlükəlisi isə gizli şəkərdir: qazlı içkilər, yarımfabrikatlar, souslar və hətta çörək belə onu özündə saxlaya bilər.

Normal çəkini və sağlamlığı qorumaq üçün müntəzəm fiziki aktivlik, kifayət qədər lif və zülal olan balanslı qidalanma, həmçinin porsiya nəzarəti əslində daha böyük rol oynayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.