Təbiət və heyvanların müdafiəsi: məsuliyyət mexanizmləri gücləndirilir

Təbiət və heyvanların müdafiəsi: məsuliyyət mexanizmləri gücləndirilir"Azərbaycan qanunvericiliyinə görə heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Bu pozuntulara heyvanlardan istifadənin müəyyən edilmiş limitlərinin aşılması, dövlət ekoloji ekspertizasının tələblərinə əməl olunmaması, heyvanların təbii yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının qorunması üzrə qaydaların pozulması daxildir. Həmçinin, heyvanların məskunlaşdığı ərazilərdə qurumuş bitkilərin və ya onların qalıqlarının özbaşına yandırılması, müxtəlif bitki mühafizə vasitələrinin, gübrələrin və digər preparatların daşınması və tətbiqi qaydalarının pozulması da qanunla qadağan edilir. Eyni zamanda, heyvanların sayı, vəziyyəti və onlardan istifadə ilə bağlı məlumatların gizlədilməsi və ya təhrif edilməsi də inzibati məsuliyyət yaradır. Bu hallara yol verdikdə fiziki şəxslər 500–800 manat, vəzifəli şəxslər 2 min–3 min manat, hüquqi şəxslər isə 5 min 500–7 min manat məbləğində cərimələnirlər".

Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, heyvanlarla rəhmsiz rəftar da qanunla qəti şəkildə qadağan olunub. Onlara ağrı və əzab verilməsi, işgəncə edilməsi, döyülməsi və ya döyüşdürülməsi hallarında 500–800 manat cərimə tətbiq edilir. Əgər bu hərəkətlər nümayişkaranə şəkildə və ya mediada yayımlanmaqla həyata keçirilərsə, cərimənin məbləği 800–1000 manat təşkil edir. Heyvanların şikəst edilməsi halında bu məbləğ 1000–1500 manatadək artırılır. Əməllərin nəticəsində heyvanların tələf edilməsi baş verərsə, 1500–2000 manatadək cərimə tətbiq olunur və ya vəziyyətdən asılı olaraq, bir aya qədər inzibati həbs cəzası verilə bilər:

"Qanun həmçinin heyvanlarla rəhmsiz rəftarın təbliğinə və kommersiya məqsədilə istifadə edilməsinə də sanksiyalar nəzərdə tutur. Belə hallarda 1000–1500 manat məbləğində cərimə və ya bir aya qədər inzibati həbs tətbiq oluna bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi (FOTO)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayə

10:21 283
.

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK - İyun ayınadək...

Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyəti dövlət orqanları (qurum) ilə razılaşdırılması prosesi iyun ayınadək yekunlaşacaq. Bizim.Media xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahəd

31.03.2026 549
.

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

Əməkdar artist Elnarə Abdullayeva oğlundan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında övladının qız seçiminə qarışmadığını bildirib. O qeyd edib ki, oğlu ailə quracağı xanımı özü seçməlidir:. "Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır

16:06 0
.

Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir

Yaxın günlər İranla hərbi münaqişədə həlledici olacaq. "Report"un məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset jurnalistlər üçün brifinqdə bildirib. "Biz öz şərtlərimizi müəyyən etdik. Yaxın günlər həlledici olacaq. İran bunu bilir", - o bəyan edib. Xatırladaq ki, AB

31.03.2026 455
.

Ukraynaya nüvə silahı verilməsi dünya üçün təhlükədir

Ukraynaya nüvə silahının ötürülməsi qlobal təhlükəsizlik üçün ciddi risk yaradır. " xəbər verir ki, bu barədə Aleksandr Voloşin TASS-a açıqlamasında bildirib. Senatorun sözlərinə görə, silahlı münaqişə şəraitində olan bir ölkəyə nüvə silahının verilməsi beynəlxalq təhlükəsizlik sisteminin əsasların

10:49 202
.

İctimai Wi-Fi istifadə edənlər üçün vacib xəbərdarlıq

"Parkda, kafedə və ya ticarət mərkəzlərində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı deyil. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərl

12:12 222
.

Ayaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş

Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində

31.03.2026 488
.

Yəməndə riskli bəyanat: Qlobal ticarət təhlükədə

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsur Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına gedən yolun bağlana biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, neftin qiymətini bir barel üçün 200 dollara qədər yüksəldə və Avrop

12:44 189
.

Həqiqi sevgini illüziyadan necə ayırmaq olar? - 5 əsas əlamət

Yeni tanışlığın ilk ayında demək olar ki, hər kəs ideal tərəfdaş kimi görünə bilər. Buna görə mütəxəssislər "yaşıl siqnallar"a yəni münasibətin sağlam olduğunu göstərən əlamətlərə diqqət etməyi tövsiyə edirlər. Məhz bu əlamətlər qarşınızdakı insanın səmimi niyyətli olub-olmadığını anlamağ

31.03.2026 456
.

TOP MP3