Ölən körpənin anası saxlanıldı - "Dedi ki, uşağı hirslənib yerə çırpdım" - VİDEO
Neftçala sakini Səttar Allahverdiyev həyat yoldaşı Şəbnəm Dövlətovanın azyaşlı övladını yerə çırparaq öldürdüyünü iddia edir.
BiG.AZ Xəzər TV-yə istinadən bildirir ki, əvvəlcə əkizlərdən birinin ananın qucağından düşərək öldüyü bildirilsə də, ata əksini iddia edir.
Rayonun Qaralı kənd sakini, əkiz övlad anası olan Şəbnəm Dövlətova uşaqlardan birini yerə çırparaq öldürməkdə ittiham edilir. Ailə üzvlərinin bildirdiyinə görə, hadisə baş verən zaman o, evdə tək olub. İddialara görə, həmin gün Şəbnəmlə həyat yoldaşı Səttar Allahverdiyev arasında mübahisə yaranıb. Sonra Səttar Allahverdiyev işə gedib. İşdə olduğu zaman həyat yoldaşı Şəbnəm ona zəng edərək uşaqlardan birinin halının pisləşdiyini deyib və tez evə gəlməsini istəyib.
Qeyd edək ki, Şəbnəm Dövlətova uşaq evlərindən birində böyüyüb. Yaxınlarının bildirdiklərinə görə, Şəbnəmlə Səttar üç il əvvəl ailə həyatı qurub və ötən il onların əkiz övladları olub. Hadisəni törətməkdə şübhəli bilinən Şəbnəm Dövlətova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonun qutusunu atmayın - oğurluq və satış zamanı lazım ola bilər
Yeni telefon aldıqdan sonra bir çox insan onun qutusunu dərhal atır və ya şkafa qoyur. Halbuki orijinal qablaşdırma telefon itdikdə və ya oğurlandıqda, cihazı qaytarmaq və sonradan satmaq istəyəndə işə yaraya bilər. xarici mediaya istinadən xəbər verir ki, telefon itdikdə və ya oğurlandıqda cihazın IME
18:30 2 Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya
19:00 0 YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır
Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü
12:49 187 Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir
Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley
11:01 182 Bakıda təcili yardım maşınında yük daşınır - Video
Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB
16:33 119 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı
Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü
16:23 109 Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar
17:29 0 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni
14:11 218 Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu
16:59 90