"28 May"dan "Nizami"yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

"28 May"dan "Nizami"yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?Xatırladaq ki, bir müddət öncə "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıyla əlaqədar "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət qoyulacağını xəbər vermişdik.

Buna görə də "Dərnəgül" - "Həzi Aslanov" xətti yalnız "Nizami" stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin "Həzi Aslanov" - "İçərişəhər" xətləri üzrə qatarlar "28 May" stansiyasında dayanmayacaq.

Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq?

"Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə tutulub. Ondan əvvəl isə hazırlıq işləri başlayacaq.

Bəs "Nizami"yə gedənlər üçün hansı imkanlar yaradılacaq?

Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlərin "Nizami" stansiyasına gedişi yerüstü formada təşkil olunacaq.

"Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə intensiv iş aparılır. İnşaat işlərinin başlanmasına yaxın zamanda ictimaiyyətə məlumat veriləcək".

Bəzi fikirlərə görə, "Nizami"yə gediş üçün ödənişsiz avtobuslar təşkil oluna bilər. Bu iddialar doğrudur?

"Bu məsələlərin ictimaiyyətə açıqlanacaq detalı hələki yoxdur. Yerüstü istiqamətdə imkanlar yaradılacaq", deyə qurum rəsmisi bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 894   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyevadan ailə FOTOSU

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkə hesabında ailə fotosunu paylaşıb. həmin paylaşımı təqdim edir:. Xatırladaq ki, fotoda yer alan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın avqustun 26-da doğum günüdür

26.08.2026 271
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26.08.2026 205
.

Ebola sürətlə yayılır - Ölənlərin sayı 2 600-ü keçdi

Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə genişlənir. Mütəxəssislər yoluxanların həqiqi sayının rəsmi göstəricilərdən təxminən üç dəfə çox ola biləcəyini bildirirlər. xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin avqustun 22-nə olan məlumatın

26.08.2026 169
.

7-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 25-i saat 18 radələrində Xırdalan şəhər sakini 2025-ci il təvəllüdlü Sadiq Elvin oğlu Atakişiyev 7-ci mərtəbədə yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktl

26.08.2026 288
.

Leyla və Arzu Əliyevalar analarını belə təbrik etdi - Fotolar

Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, onlar anası ilə illər öncə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıblar

26.08.2026 289
.

Paşinyan Köçəryan və Sərkisyana qarşı hərəkətə keçdi - proses hara gedir?

"Ermənistanda sabiq prezident Robert Köçəryan ətrafında yeni və ciddi hüquqi proses başlayıb. Belə ki, o, əvvəlcə Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bundan başqa, Köçəryanın və ailə üzvlərinin əmlaklarında da axtarışlar keçirilib"

26.08.2026 207
.

Burun əməliyyatından sonra iflic qalmaq RİSKLƏRİ - ARAŞDIRMA

Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyatlardan biri rinoplastikadır. Sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı görüntülər geniş yayılsa da, pasiyentləri daha ciddi bir sual da düşündürür: burun əməliyyatından sonra insan iflic qala bilərmi?. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasın

26.08.2026 180
.

Universitet xərcləri artır: Azərbaycan ailəsi övladının təhsilinə nə qədər pul xərcləyir?

"Yeni tədris ili yaxınlaşdıqca tələbə və valideynləri düşündürən əsas məsələlərdən biri də universitetlərdə təhsil haqlarının artmasıdır. Bir tərəfdən ali təhsil müəssisələri xərclərin, əməkhaqlarının və digər xidmətlərin bahalaşmasını əsas gətirirlər. Digər tərəfdən isə ailələr üçün əsas sual dəyişmir

26.08.2026 199
.

Azərbaycanda zəlzələ oldu

Cəlilabadda zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 3,1 maqnitudal

26.08.2026 172
.