Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq: 20 min cərimə...
Dövlət tibb müəssisələrinin geyim formalarını hazırlayan "Dress Uniförm" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib edilib.
Aparılan araşdırma zamanı V.B. adlı şəxsin "Dress Uniförm"da çalışsa da, ona əmək haqqının verilmədiyi müəyyənləşib. Həmçinin V.B. ilə şirkət arasında əmək müqaviləsi bağlanmayıb.
Məhkəmənin qərarı ilə "Dress Uniförm" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20.000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Nəsir Rövşən Akif oğludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 656 Tarix: 12 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"
"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman
10:47 132 "Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib
"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
11:00 137 Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd
12:20 140 Maduronun xanımı həbsxanada infarkt keçirdi
Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy
08.10.2026 290 Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur
Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy
12:16 127 Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 226 Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
10:46 147 "Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"
"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi
12:43 138 Moldova Silahlı Qüvvələrin sayını artırır
Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy
08.10.2026 218