"General Hospital"baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?

"General Hospital"baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "General Hospital" yenə saxta sağlamlıq arayışı qalmaqalı ilə gündəmə gəlib.

"General Hospital"baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?BiG.AZ xəbər verir ki, bu "Unikal"a vətəndaş Qurbanova Zərxanım İlqar qızı məlumat verib. O bildirib ki, 14 nömrəli Bakı Peşə Məktəbinə təqdim etmək üçün sağlamlıq arayışı almalı imiş:

"9 sentyabr tarixində sağlamlıq arayışını əldə etmək üçün "General Hospital"a müraciət etdim. Həmin klinikada bunun üçün məndən 40 manat pul vəsaiti tələb etdilər. Həmin məbləği klinikaya verdikdən sonra heç bir yoxlanışdan keçmədən baş həkim Rüstəm Mikayılovun imzası ilə mənə sağlamlıq arayışını təqdim etdilər", – deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl "General Hospital"da əməliyyat keçirilib. Nəticədə saxta sağlamlıq arayışı qalmaqalına görə cinayət işi açılmışdı. Səhiyyə Nazirliyi isə 17 mart 2025-ci ildə "General Hospital" haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib. Protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə protokolu əsaslı hesab edib və "General Hospital"ın 6 min manat cərimə edilməsi barəsində qərar qəbul edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərin

13:27 180
.

İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib

İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli

12:20 187
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

14:54 154
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

06.09.2026 268
.

Kişilər niyə pivəni bu qədər sevirlər? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Bir çox kişi üçün bir stəkan pivə sadəcə içki deyil - bu, dostlarla görüşmək, futbol izləmək, işdən sonra dincəlmək və ya hətta kişi mədəniyyətinin bir hissəsidir. Bununla belə, gəlin pivənin niyə belə bir ehtiras oyatdığını və elmin bu barədə nə dediyini araşdıraq. Pivə sevgisi çox vaxt bizə adi bi

20:00 1
.

Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik

"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy

11:34 174
.

Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar

"Kiberdələduzluq dünyası daim inkişaf edir. Lakin süni intellekt (Sİ) texnologiyalarının ortaya çıxması ilə dələduzluq üsulları tamamilə yeni və daha təhlükəli mərhələyə keçib. Hazırda ən yeni kiberdələduzluq metodlarını bir neçə əsas qrupda ümumiləşdirmək mümkündür". Bunu BİG.AZ-a açıqlamasınd

12:34 188
.

Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala

11:30 284
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

13:22 162
.