Politoloq: "Zəngilan və Sünikə səfərlər sadəcə texniki deyil, sülhün təməlinin qoyulmasıdır"
Ermənistan və Azərbaycan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətləri sərhədyanı bölgələrə — əsasən Sünik vilayətinə (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfər ediblər.
Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətləri arasında müzakirələr baş tutub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfərləri mühüm hadisədir:
"Baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır. Bu, postmünaqişə dövrünün reallıqları fonunda formalaşan praktik sülhün təməlidir. Məkan təsadüfi seçilməyib: Sünik (Zəngəzur) və Zəngilan həm SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub, həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından stratejidir. Bu ərazilər gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır".
Politoloq əlavə edib ki, bu səfərlər danışıqlar masasının reallıqlarla uyğunlaşdırılması, kağız üzərindəki xəritələrin yerində təsdiqi anlamına gəlir:
"Hər iki tərəf üçün bu, təkcə coğrafi koordinatların dəqiqləşdirilməsi deyil, həm də sülhə gedən yolun necə görünəcəyini bərabər şəkildə anlamaq və qəbul etmək cəhdidir. Burada diqqətçəkən məqamlardan biri də odur ki, səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıq əsasında həyata keçirilib. Bu isə həm Bakının, həm də İrəvanın prosesə konstruktiv və inam əsaslı yanaşdığını göstərir".
Onun sözlərinə görə, tərəflər artıq reallığı qəbul edir və bu səfərlər həmin reallığın qarşılıqlı tanınması, hüquqi rəsmiləşmənin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların – xüsusilə Avropa İttifaqı və ABŞ-ın artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi də prosesə təsir göstərir:
"Bu kontekstdə sərhədyanı səfərlər vasitəçilərsiz, birbaşa ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 766 Tarix: 12 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914