Nərə balığı və kürü qanunsuz ovlarına qarşı reydlər davam edir
Balıq mövsümünün başlamasından bəri nərə balıqları və kürülərin qanunsuz ovlanması halları tez-tez qeydə alınır.
Bu halların qarşısını almaq və ekosistemin qorunmasını təmin etmək üçün müvafiq qurumlar müntəzəm reydlər həyata keçirir. Reydlər zamanı qanunsuz ov edən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunur, həmçinin ətrafdakı vətəndaşlar da bu mövzu ilə bağlı məlumatlandırılır.
Mütəmadi nəzarət tədbirləri ekoloji balansın qorunması və balıq ehtiyatlarının gələcək nəsillər üçün saxlanılması məqsədi daşıyır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub:
"Bu əmələ yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 273-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Qanunsuz ov etmə xeyli miqdarda ziyan vurduqda isə Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Bu əmələ yol vern şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılırlar. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, burada "xeyli miqdar" dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1243 Tarix: 11 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir
30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild
15:12 56 Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia
11:50 162 Dini dəyərlərə verilən qiymət
İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri
15:20 25 Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə
15:23 0 Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
14:43 107 Əliyevdən Bakıdan dünyaya mesaj: "Türk dünyası birlikdə olduqda heç kim bizə toxuna bilməz"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda türk dünyası, Qafqaz və İslam aləmi üçün birlik çağırışı edib: "Birliyimiz hər birimizi gücləndirəcək. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda dini liderlər və fikir adamları ilə keçirdiyi görüşdə təkcə Azərbaycanın deyil, türk dünyası və İslam coğrafiyasını
10:46 154 Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür
"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarə
12:15 171 Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
12:17 146 İşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?
"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl
14:31 96