ChatGPT-nin cavabı: Avropada müharibə olacaqmı? - Ən təhlükəli və təhlükəsiz ölkələr
Dünyanın bir çox bölgəsində gərginlik davam edərkən, Ukrayna, Yaxın Şərq və Asiyada müharibələr sürməkdədir. Bu fonda süni intellektdən Avropada müharibə ehtimalı barədə soruşulub və cavab ictimaiyyətlə paylaşılıb.
Qaynarinfo xəbər verir ki, "ChatGPT-5"in verdiyi proqnoza görə, Avropada klassik mənada genişmiqyaslı quru müharibəsinin baş verməsi, yəni orduların sərhədləri aşaraq mərkəzi Avropada döyüşmələri az ehtimal olunur. Bunun əsas səbəbi NATO üzvlərinə qarşı birbaşa hücumun alyansın kollektiv müdafiə mexanizmini işə salması və təcavüzkar üçün çox ağır nəticələr doğurmasıdır.
Bununla belə, süni intellekt hesab edir ki, hibrid hücumlar - pilotsuz uçuş aparatları və raketlərlə kritik infrastrukturun hədəfə alınması, kiberhücumlar, diversiyalar və hərbi obyektlərə zərbələr - real təhlükə olaraq qalır. Məqsəd isə ərazilərin işğalı deyil, ictimaiyyətin ruhdan salınması və sabotajdır.
Ən riskli ölkələr
Proqnoza görə, Avropada müharibə riskinə ən çox məruz qala biləcək ərazilər bunlardır:
* Polşa, xüsusilə şərq və mərkəz bölgələri;
* Baltik ölkələri - Litva, Latviya, Estoniya.
Bundan başqa, böyük logistika və enerji mərkəzləri, Baltik dənizi limanları, həmçinin Avropanın mərkəzi və qərbində qaz və elektrik infrastruktur obyektləri də hədəfə çevrilə bilər. Silah anbarları, hərbi bazalar və silah təchizatında fəal rol oynayan ölkələrin aeroportları da risk altında göstərilir.
Ən təhlükəsiz ölkələr
Süni intellektə görə, daha təhlükəsiz bölgələr coğrafi baxımdan uzaqda və ya neytral statusda olan ölkələrdir:
* İslandiya, İrlandiya, Portuqaliya kimi ada və kənarda yerləşən dövlətlər;
* İsveçrə kimi neytral mövqedə olan ölkələr.
Həmçinin Qərbi və Cənubi Avropanın döyüş teatrından uzaq qalan dövlətləri də daha az riskli hesab olunur. Lakin süni intellekt vurğulayır ki, kütləvi münaqişə ssenarisində heç bir ölkə yüzfaizlik təhlükəsizlik təminatı əldə edə bilməz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1050 Tarix: 11 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını
11:38 158 Sabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağ
12:50 130 "Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu
12:04 152 Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
10:33 192 Azərbaycanda idxal azalır: Xarici məhsullara tələbat zəifləyib, yoxsa yerli istehsal artır? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda idxal göstəricilərində baş verən dəyişiklik diqqət çəkir. İdxalın azalması fonunda əsas sual yaranır: bu tendensiya ölkədə xarici məhsullara tələbatın zəifləməsi ilə bağlıdır, yoxsa daxili istehsalın artması idxala olan ehtiyacı azaldır?. Digər tərəfdən, idxalın strukturunda hansı dəyişiklikləri
14:57 138 "Rusiya hərbi bazasının çıxarılması müzakirə edilə bilər" - İrəvandan açıqlama
Gümrüdəki Rusiya hərbi bazasının Ermənistan üçün baha başa gəldiyi iddia edilir. xəbər verir ki, "Sputnik"in Telegram kanalında yayılan məlumata görə, bunu Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan bildirib. "Əgər onlar Rusiya hərbi bazasının çıxarılmasını istəyirlərsə, bun
11:11 132 Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat
10:00 145 Dini dəyərlərə verilən qiymət
İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri
15:20 87 Əliyevdən Bakıdan dünyaya mesaj: "Türk dünyası birlikdə olduqda heç kim bizə toxuna bilməz"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda türk dünyası, Qafqaz və İslam aləmi üçün birlik çağırışı edib: "Birliyimiz hər birimizi gücləndirəcək. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda dini liderlər və fikir adamları ilə keçirdiyi görüşdə təkcə Azərbaycanın deyil, türk dünyası və İslam coğrafiyasını
10:46 155