Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər

Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilərYer üzündə həyatın mövcudluğunu Günəşsiz təsəvvür etmək mümkün deyil.

Qaynarinfo xəbər verir ki, insanlar yayda günəşlənməyi sevsələr də, çox az adam bu ulduzun elmi baxımdan nədən ibarət olduğunu düşünür.

Günəş nədir?

Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, Günəş planet deyil, "sarı cırtdan" adlanan əsas ardıcıllıq mərhələsində olan ulduzdur. Onun yaşı təxminən 4,5 milyard ildir. Günəşin səth temperaturu orta hesabla 5500 dərəcə Selsidir. Diametri 1,4 milyon kilometrdir, bu isə Yerdən 109 dəfə böyükdür, kütləsi isə planetimizin kütləsindən 333 min dəfə çoxdur. Maraqlıdır ki, Günəş həm ölçüsü, həm də parlaqlığı ilə Süd Yolundakı ulduzların əksəriyyətini geridə qoyur.

Tərkibi nədir?

Günəşin əsas hissəsini – təxminən 70 faizini – hidrogen təşkil edir. Bu qazda baş verən termonüvə reaksiyaları nəticəsində helium yaranır, o isə kütlənin 25 faizini təşkil edir. Qalan az bir hissəni karbon, oksigen, dəmir və digər daha ağır elementlər təşkil edir.

Quruluşu necədir?

Günəş bir neçə təbəqədən ibarətdir və onların hər birinin özünəməxsus xüsusiyyətləri var. Mərkəzdə yerləşən nüvə ümumi diametrin dörddə birini tutur və burada temperatur 15 milyon dərəcəyə çatır. Nüvəni radiasiya zonası əhatə edir, burada temperatur 7 milyon ilə 2 milyon dərəcə arasındadır. Daha sonra konveksiya zonası gəlir – buradakı nəhəng axınlar Günəşin maqnit sahəsini formalaşdırır.

Günəşin atmosferi də çoxqatlıdır. Ən aşağıda fotoyayma təbəqəsi (fotosfer) yerləşir – bizə görünən işıq buradan gəlir. Onun qalınlığı 100–400 kilometrdir, temperaturu isə 4–6 min dərəcə arasında dəyişir. Fotosferin üzərində yerləşən xromosferin qalınlığı 2 min kilometrdir və temperaturu 20 min dərəcəyə qədər yüksəlir. Ən son qat Günəş tacıdır (korona) – çox seyrək mühitə malikdir, orta temperaturu 2 milyon dərəcədir, bəzən isə 20 milyon dərəcəyə qədər yüksələ bilir.

Niyə Günəş Yeri yandırmır?

Belə nəhəng istilik mənbəyi ilə üz-üzə qaldıqda, təbii sual yaranır: niyə Günəş Yer kürəsini yandırmır? Səbəb ondan ibarətdir ki, Yer müəyyən məsafədə Günəş ətrafında dövr edir və bu məsafə həyatı mümkün edən balans yaradır. Bundan əlavə, Yer atmosferi Günəşdən gələn enerjinin böyük hissəsini udaraq planetin səthinə təhlükəli dərəcədə çatmasının qarşısını alır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 11 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.