65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Sabunçu rayonunda yerləşən 11 nömrəli xüsusi internat məktəbinin direktoru Gülnarə Abdullayevanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Gülnarə Abdullayevanın rəhbəri olduğu məktəbin ümumilikdə dövlətə 36158,19 manat borcunun yaranması olub.
1960-cı il təvəllüdlü Abdullayeva Gülnarə Heybət qızının direktoru olduğu 11 nömrəli xüsusi internat məktəbinin Dövlət Sosial Müdafiə Fonduna 17477,31 manat, İşsizlikdən Sığorta Fonduna 2905,8 manat, İcbari Tibbi Sığorta Fonduna 15755,08 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Gülnarə Abdullayeva ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Xatıradaq ki, Gülnarə Abdullayeva barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.
Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, Gülnarə Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan dörd ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 745 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
16:53 144 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
15:19 171 Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd
16:23 186 "Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"
"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi
12:43 194 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz
14:23 168 Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB
Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi
18:45 69 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
19:15 1 Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 300 Sabah leysan yağacaq
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə
16:13 184