Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar

Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublarTikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi imkanlarından istifadə edərək parlaq, nəticəyönümlü marketinq kampaniyaları hazırlayan brendlər və agentliklər mükafatlandırılacaq.
TikTok artıq ikinci il ardıcıl olaraq beynəlxalq Ad Awards mükafatını keçirir. Onun əsas məqsədi regionda ən ilhamverici reklam kampaniyalarını önə çıxarmaq, orijinallıq, yaradıcılıq və emosiyanı təsirli biznes nəticələri ilə birləşdirməyi bacaran brendləri vurğulamaqdır.
Müraciətlərin qəbulu artıq açıqdır və 1 oktyabr 2024-cü ildən 31 oktyabr 2025-ci ilədək TikTok-da həyata keçirilmiş reklam kampaniyalarını əhatə edir. Azərbaycan brendləri və agentlikləri ilə yanaşı, mükafata Qazaxıstan, Türkiyə, Kipr, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Livan, İraq, Misir, Mərakeş, Keniya, Nigeriya, Cənubi Afrika, Pakistan, Banqladeş və Şri-Lankanın nümayəndələri də qatıla bilərlər.
Bu il iştirakçılar yeddi nominasiya üzrə müraciət edə bilərlər. Hər bir kateqoriya TikTok-da reklam kampaniyalarının uğuru üçün vacib olan əsas məqamlardan birini əks etdirir:
1. It’s the Creative for Me (Yaradıcı potensial). Bu kateqoriyada əsas meyar yaradıcı ideya və strategiyadır. Bu kateqoriya TikTok-da kampaniyalarını həyata keçirərkən cəsarət göstərən, yaradıcılığın sərhədlərini genişləndirən və təsirli nəticələr əldə edən brendlər və agentliklər üçün açıqdır.
2. Community Core (İcmanın səsi). Bu kateqoriyada TikTok yaradıcılarının ən yaxşı şəkildə cəlb edilməsi və platforma icması ilə ən səmərəli iş qiymətləndirilir.
3. Full Funnel Flex (Bütün mərhələlərə fokus). Bu kateqoriya marketinq hunisinin bütün mərhələlərində – tanınmadan konversiya və satışa qədər – ölçülə bilən nəticələr göstərən inteqrasiya olunmuş strategiyalara malik kampaniyaları əhatə edir.
4. Big Branding Energy (Brendin gücü). Bu kateqoriyada hekayə anlatımı vasitəsilə özünü parlaq şəkildə göstərən yaradıcı və brendin tanınmasını əhəmiyyətli dərəcədə artıran kampaniyalar qiymətləndirilir.
5. Goal Digger (Hədəfə çatmaq). Bu kateqoriyada brendlərə konkret biznes nəticələri qazandıran, reklam xərclərinin səmərəliliyini artıran, konversiya göstəricilərini və satışları yüksəldən — reklam kampaniyaları qiymətləndirilir.
6. Bougie on a Budget (Büdcə önəmli deyil). Bu kateqoriya, büdcə və resurs məhdudiyyətlərinə baxmayaraq, orqanik və ödənişli məzmunu səmərəli birləşdirərək maksimal təsir əldə edən və platforma icmasını heyrətləndirən kampaniyalar üçün nəzərdə tutulub.
7. Sound On Please (Səs yüksək olsun). Bu kateqoriya, səs effektinin yaradıcı ideyanın əsasını təşkil etdiyi və kampaniyanın ən parlaq şəkildə həyata keçirilməsinə imkan verdiyi reklam layihələri üçün nəzərdə tutulub.
The People's Choice (İctimai seçim). Bu kateqoriyada qalib, mükafatlandırma mərasiminin qonaqlarının səs verdiyi kampaniya olacaq.
Mükafatın əsas qalibi ən yüksək mükafatı alacaq – The Greatest Of All Time (The G.O.A.T "Ən Böyük Əfsanə"). Bu mükafat yaradıcı yanaşması ilə seçilən və istənilən nəticələrə maksimum effektivliklə nail olan ən yaxşı kampaniyaya təqdim ediləcək. Mükafatın məqsədi – mədəniyyətə parlaq nümunə yaradan, istifadəçilərə sevinc və zövq bəxş edən və ümumilikdə TikTok icmasına müsbət təsir göstərən brendi önə çıxarmaqdır. G.O.A.T mükafatına namizədlik avtomatik olaraq yeddi əsas kateqoriyadan hər hansı birinə müraciət etmiş bütün iştirakçılara şamil olunacaq.
"Keçən il gördüyümüz inanılmaz yaradıcılıq səviyyəsindən sonra TikTok Ad Awards-u ikinci dəfə keçirməkdən məmnunuq," – deyə TikTok-un Yaxın Şərq, Türkiyə, Afrika, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri departamentinin baş direktoru Şadi Kandil bildirib. – "Bu mükafat sadəcə reklam üçün deyil, mədəni hadisəyə çevrilən, ilham verən və real biznes nəticələri gətirən layihələr üçündür. Bu il brendlər və agentliklər tərəfindən təqdim olunacaq cəsarətli və innovativ işləri səbirsizliklə gözləyirik."
Müraciətlərin qəbulu 31 oktyabr 2025-ci ildə başa çatacaq. Mükafatla bağlı ətraflı məlumat və müraciət forması sayt vasitəsilə təqdim olunur:
https://tiktokadawardsmetapee.com/2025.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 26 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.