"Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!" - 518 balla kəsilən Yeganə
Üç gün əvvəl elan edilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var.
"Qafqazinfo" onlardan biri olan, 518 balla imtahandan kəsilən Yeganə İsgəndərova ilə həmsöhbət olub.
Yeganə saytımıza açıqlamasında bildirib ki, o, üçüncü qrupa hazırlaşıb və imtahan nəticələri heç də gözlədiyi kimi olmayıb: "İxtisas seçimində yalnız öz istədiyim ixtisasları yazmışdım. İstədiyim ixtisasların balları birdən-birə 60-70 bal artdı deyə mən limitin altında qaldım. Əsas hədəfim Xarici Dillər Universitetində alman dili üzrə tərcümə ixtisası idi. Mən ixtisas seçimi edəndə bu ixtisasın balı 470-480 bal aralığında idi, bu il isə 550-ni keçib. Ümumiyyətlə, bu il üçüncü qrup üzrə imtahan verənlər çox olduğuna görə, "Fəlsəfə" kimi balı aşağı olan ixtisaslarda belə bal 240-dan 380-ə qədər artıb. Görülmüş şey deyil ki, bir ixtisasda 140 bal artım olsun".
Y.İsgəndərova qeyd edib ki, ixtisas kodlaşdırmasında hədəflədiyindən kənar heç bir yer yazmayıb: "Mən ancaq 10 ixtisas seçimi etmişdim, hamısını da alman dili üzrə tərcümə və ya filologiyasını yazmışdım. B2 səviyyəsində alman dili bilirəm. Heç bir halda növbəti il üçün Azərbaycan universitetlərinə hazırlaşmayacağam, nə də bal dondurub yenidən imtahan verəcəyəm. Yanvarda C1 səviyyəsi üzrə alman dilinin sertifkatını alıb, Almaniya məktəbində 12-ci ili oxuyub, daha sonra universitet imtahanı verməyi planlaşdırıram. Hüquqşünaslıq ixtisasını Almaniyada oxuyacağam".
O, üçüncü ixtisas qrupu üzrə balların çox artmasından narazı qalıb: "Nəinki 518, hətta 600 balı keçənlər arasında da kəsilənlər var. Mənim dostlarımın içində də məndən çox bal toplayıb kəsilənlər oldu. Hansı ki, I və II qrup üzrə imtahan verən tanışlarım var ki, onlar 190 balla universitetə qəbul oldular. Mən də istəsəydim, qəbul olardım. Çünki ixtisas seçimində mütəxəssisə müraciət etmişdik. O, ilk üç yerə mənim istədiyim ixtisasları yazdı, daha sonrakı yerlər istəmədiklərim idi. Yəni mən mütəxəssisin kodlaşdırdığı ixtisaslardan birinə düşüb mütləq tələbə adını qazanacaqdım. Amma mən o ixtisasları istəmirdim. Niyə məhz tələbə adı qazanmaq üçün 4 il istəmədiyim universitet və ixtisasda oxuyum ki?!
Tələbə adı qazanmaq o qədər də böyük şey deyil, əsas hədəfə çatmaqdır. Mən istədiyim balı topladım, amma hədəfim olan ixtisasa düşmədimsə, bu mənim günahım deyil. İkinci imtahanda da iştirak edəcəyəm, amma sadəcə ad olsun deyə... Qəbul olsam belə, imtina verəcəyəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1492 Tarix: 25 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304