"Azərbaycan və Türkmənistan əlaqələri xalqlarının rifahı naminə gücləndirən azsaylı beynəlxalq subyektlərdəndir" - Deputat

"Azərbaycan və Türkmənistan əlaqələri xalqlarının rifahı naminə gücləndirən azsaylı beynəlxalq subyektlərdəndir" - DeputatAvqustun 22-də Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfər edib. Səfər Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdimuhəmedovun dəvəti ilə həyata keçirilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan və Türkmənistan dünyada artmaqda olan qarşıdurmalar və dərinləşən ziddiyyətlər fonunda münasibətlərini möhkəmlədən və əlaqələri xalqlarının rifah naminə gücləndirən azsaylı beynəlxalq subyektlərdəndir. Bunun da çox sadə səbəbi var. Türkmənistana səfəri çərçivəsində möhtərəm Prezidentin də ifadə etdiyi kimi, "Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.

O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi və məhz Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Türk dünyası tarixində qlobal oyunçu kimi davrana bilmək təcrübəsi ortaya qoydu:

"Məlumdur ki, ölkələrimiz arasında Dostluq yatağının birgə istismarı barədə müdrikcəsinə qərarın verilməsinin Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafına xüsusi rəvac olmuşdu. Nəticə etibarı ilə cənab İlham Əliyevin də ifadə etdiyi kimi, əminliklə deyə bilərik ki, "Türkmənistanla mövqelərimiz üst-üstə düşür". Belə bir situasiyada Prezident İlham Əliyevin il ərzində artıq ikinci Türkmənistana işgüzar səfəri və bu çərçivədə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüş yeni geosiyasi konfiqurasiyada Türk dünyasının artan rolu və güclənən təsir imkanları prizmasından tamamilə yeni tarixi mərhələ hesab olunmalıdır. Məlumdur ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca Cənubi Qafqazda yeni reallığın formalaşması, cənab İlham Əliyevin qətiyyəti ilə bölgədə sülh təşəbbüslərinin Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə nəticələnməsi Cənubi Qafqaza dayanıqlı sülh vəd etməklə yanaşı, bütövlükdə region üçün yeni əməkdaşlıq müstəvisi vəd edir. Bu format, eyni zamanda Orta Asiya dövlətləri üçün Qərb və dünya bazarına etibarlı çıxış vəd etməklə bu coğrafiyanın subyektlərinin qlobal siyasətdə çəkisinə önəmli təsir edir.
Sirr deyil ki, geniş ərazi, zəngin təbii sərvətlər və əhəmiyyətli insan ehtiyatı Türk dünyası üçün həmişə perspektiv vəd edib, lakin güc və imkanların birləşdirilməsi və əməkdaşlıq mühitinin dərinləşməsi istiqamətində qlobal platformalarda vahid mövqedən çıxış etmək heç də qardaş dövlətlər tərəfindən həmişə təmin edilə bilməyib. Pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi və məhz Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Türk dünyası tarixində qlobal oyunçu kimi davrana bilmək təcrübəsi ortaya qoydu. Azərbaycanın böyük Zəfəri ilə regionda qeyri-sağlam maraqlar güdən kənar güclərin zərərsizləşdirilməsi, yaxud neytrallaşdırılması bu vaxta qədər kommunikasiya dəhlizləri və qlobal bazara çıxış yolları ilə təhdid edilən Orta Asiya dövlətləri üçün də yeni imkan açdı və beləliklə əvvəllər yalnız mənəvi və siyasi bağlar əsasında qurulan münasibətlərimiz həm də qarşılıqlı iqtisadi maraqlarla tarixin heç bir dövründə olmadığı qədər çevik və mütəşəkkil davranış imkanı qazandı. Sevindirici haldır ki, yaranan yeni reallıq fonunda Türk dünyasının konsolidasiya olunmuş mövqedən çıxış etməsi yalnız bəyanatlarda yox, həm də praktik addımlarda özünü göstərir və bu mənada, Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüş əməkdaşlığımızın sürətlə dəyişən reallıqlara uyğunlaşdırılması baxımından vacib idi.
Möhtərəm Prezident Türkəmistanda olarkən Arxadağla Füzuli şəhərlərinin qardaşlaşması, eyni zamanda Qurbanqulu Berdıməhəmmədovun Azərbaycanda səfəri zamanı Qarabağ bölgəsinə səfər, Füzulidə məscid inşasına dair razılıq, çoxşaxəli müzakirələr deməyə əsas verir ki, dövlət başçımızın da çıxışında dediyi kimi, "Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1152   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.