26 avqust Mehriban xanım Əliyevanın doğum günüdür

26 avqust Mehriban xanım Əliyevanın doğum günüdür26 avqust Mehriban xanım Əliyevanın doğum günüdür.Onun ünvanına gələn saysız-hesabsız təbrik məktubları, teleqramlar, sosial şəbəkələrdə yazılan səmimi ürək sözləri sadəcə protokol qaydaları çərçivəsindən çıxaraq, kütləvi xarakter almaqda davam edir. Mehriban xanımın dövlətçilik istiqamətində və xalqımızın müasir dünyaya inteqrasiya prosesinə verdiyi töhfənin miqyası sözlə ifadə edilməyəcək ölçüdədir.Gəlin etiraf edək ki, Azərbaycan ictimai mühitində işlədilən ünvansız "Xanım" sözü birbaşa birinci vitse-prezidentə aiddir. İnsana qoyulan ad onun gələcək həyatında şəxsiyyət kimi formalaşmasında bəzən böyük rol oynayır. "Mehriban" adı "şəfqətli", "səmimi", "xoş rəftarlı", "mehr bəsləyən banu -xanım" kimi mənalara gəlir və bu adı daşıyan qadınların xeyirxah, mehriban və yaxşı münasibət bəsləyən xarakterdə olduğunu göstərir. O, yalnız Azərbaycanın birinci xanımı deyil, o, həm də inkişafın, tərəqqinin, mədəniyyətin, müasirliyin, dövlətçiliyin iikişafında misilsiz xidmətlər göstərməkdə davam edən, adı tarixə yazılmış görkəmli dövlət xadimidir.Siyasi və ictimai fəaliyyətə başladığı andan indiyədək Mehriban xanımın əldə etdiyi uğurları və daşıdığı titulları sıralasaq, inanılası mümkün olmayan siyahı ilə rastlaşarıq. Odur ki, onu ümumxalq məhəbbətinin təzahürü kimi sadəcə XANIM adlandıraq. Xanımın Azərbaycan xalqı qarşısında xidmətləri o qədər geniş və əhatəlidir ki, normal insan təfəkkürü bütün bu nailiyyətlərin bir şəxsin sayəsində baş verməsini qəbul etmək gücündə deyil. Bu fundamental xidmətin və fədakarlığın əsl qiymətini əlahəzrət zaman özü verəcək.
O, bütün üstün parametrlərə görə birincidir. Həddən artıq sadə, mehriban, ana nəvazişi ilə çulğalaşan aristokrat fəlsəfənin müasir dünyada sanki yeni bir əxlaq göstəricisinin əsası kimi qəbul edilir. Mən deyərdim, Xanımın bütün uğurlarının əsasını bax elə bu təşkil edir: sadəliklə, insanlara bəslənən həqiqi sevgi ilə kübarlığın sintezi. Möhtərəm Prezident cənab İlham Əliyevin fövqalədə uğurlara imza atmasında M.Əliyeva faktoru danılmazdır:hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Qafqaz mentalitetində güclü ailə dayaqları, onun təməl prinsipləri uğura aparan yolun başlanğıcıdır. Qafqaz qartalı Şeyx Şamilin şəxsi uğurlarının əsasının ailə prinsiplərindən qaynaqlandığı açıq etiraf edilir. Bütün bu yazılanlar Mehriban xanımın həssas, duyğusal və digər mənəvi-əxlaq meyarlarına sadiqliyinə kiçik bir misaldır. İlham Əliyev kimi tarixi şəxsiyyatın ömür - gün yoldaşı olmaqla, Mehriban xanım cənab Prezidentə həmişə dayaq olmuşdur.
Bu cür nəcib hiss və duyğuların dövlət və ictimai sahəyə transformasiyası məhz Mehriban xanımın simasında təzahür edir ki, əldə olunan müvəffəqiyyət və nəticədən söhbət açsaq, geniş tədqiqata ehtiyacı olan bir sahə ilə üzləşməli olarıq.Azərbaycan mədəniyyətinə və tarixinə göstərdiyi misilsiz xidmətləri Mehriban xanımı qədirbilən xalqımızın nəzərində ən ali zirvəyə qaldırmış oldu. Onun Azərbaycan muğamının inkişafına verdiyi dəstək uzun illər Azərbaycan muğam sənətinin dünyada liderliyini qoruyacağına zəmin yaratdı. Tarixi irsimizin bərpası, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində Xanımın müstəsna xidmətləri danılmazdır. Birinci xanımın təşəbbüsü ilə yaradılan Ulu Öndərin adını daşıyan Heydər Əliyev fondu uzun illərdi ki, neçə-neçə çarəsiz insanların ümid çırağına dönüb. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə uğurla başa çatdırıldı. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasında birinci vitse-prezident Mehriban Əliyeva çox yaxından iştirak edir.Nəhəng tikinti meydanına çevrilən bu ərazilərdə aparılan quruculuq işləri son dövrlər Mehriban xanımın fəaliyyətinin ana xəttini təşkil edir.
Yuxarıda tam səmimi olaraq söylədiklərim, Azərbaycan ictimai-siyasi mühitində dərin kök salmış Mehriban xanım Əliyeva faktoruna şəxsi münasibətimdən qaynaqlanan kiçik ekskursiya idi. Doğum günü münasibətilə mən də Mehriban Əliyevanı təbrik edən insanların sırasına qoşuluram. Bütün ömrü harmoniya, sevgi ilə əhatə olunmuş bu gözəl İNSANı təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və Azərbaycanımızın daha da çiçəklənməsi istiqamətində yeni-yeni nailiyyətlər, müvəffəqiyyətlər arzulayıram!

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli

26 avqust Mehriban xanım Əliyevanın doğum günüdür


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1107   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.