Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər

Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklərXarici ölkə vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanları genişləndirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumat yayıb.

Bildirilib ki, 2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.

Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları "Yolumuz Qarabağa" (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.

Portalda xarici ölkə vətəndaşlarının pasport məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərələr yaradılıb, əlçatanlığı təmin etmək üçün portalda ingilis və rus dillərində funksionallıq təmin olunub.

Fərdi minik avtomobillərini idarə edən şəxslər "Yolumuz Qarabağa" portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Xarici ölkələrin vətəndaşları, həmçinin "Yolumuz Qarabağa" portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

Bununla yanaşı əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. Qrup turları - Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək.

Həmçinin bildiririk ki, yuxarıda adları çəkilən ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.

Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Video

Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb. Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildiri

12:34 360
.

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə

10:13 266
.

Bəhreyndə yenidən sirena səsləri eşidilir

Bəhreyn Daxili İşlər Nazirliyi X-də bildirib ki, çərşənbə günü ikinci dəfə siren səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, İranın Bəhreyn və Küveytdəki ABŞ-ın əsas hərbi obyektlərinə hücumlar başlatdığını bildirməsindən sonra baş verib. ABŞ-ın Beşinci Donanmasının qərargahı Bəhreynd

11:04 186
.

ABŞ İrana qarşı əməliyyat keçirdi: CENTCOM səbəbi açıqladı

ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlardan sonra İrana qarşı irimiqyaslı hərbi zərbələr endirib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb. Bəyanatda bildirilib:. "ABŞ-ın zərbələri İranın Hörmüz boğazından keçə

10:48 158
.

Keyfiyyətli kofeni necə tanımaq olar?

Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma v

12:05 191
.

Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə

"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar

14:14 196
.

İran ordusu Bəhreyn hava bazasına pilotsuz təyyarələr atdığını bildirib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran ordusu ABŞ-ın İrana son hücumlarından sonra çərşənbə günü səhər saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Bəhreynin İsa hava bazasına pilotsuz təyyarə ilə hücum etdiyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Fars agentliyinin məlumatın

10:37 162
.

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid

15:24 168
.

Paşinyan: Rusiya ilə münasibətləri inkişaf etdirməyə sadiqik

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü zamanı Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin Ermənistan üçün prioritet olaraq qaldığını bildirib. xəbər verir ki, görüşün görüntüləri və çıxışın səs yazısı Armenpress xəbər agentliyi tərəfindən yayımlanıb

11:17 179
.

TOP MP3