Qızmar günəş altında işçi işlədən müəssisələr BU HALDA CƏRİMƏLƏNƏ BİLƏR
Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən yüksək olanda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlar və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Milli Hidrometeorologiya Xidmətindən yaydığı məlumata əsasən ölkədə 40 dərəcə temperatur var. Vəziyyət belə olan halda açıq havada, yüksək temperaturda və günəş şüalarının altında işləmək məcburiyyətində qalan insanların aqibəti adamı narahat edir. Bu cür işlər daha çox tikinti, kənd təsərrüfatı, yol işləri və digər sahələrdə rast gəlinir. Sözügedən işçilər yüksək temperaturun yaratdığı təhlükələrlə, məsələn, istilik vurması, günvurma və susuzluqla üzləşə bilərlər.
BAKU.WS xəbər verir ki, işəgötürənlər üçün qanunvericilikdə sağlamlığının qorunması ilə bağlı müddəalar olmalıdır. Lakin bunlar olmadıqda həmin işə götürən müəssisə və ya qurmu cərimə gözləyir. Bu barədə vəkil Turan Abdullazadə BAKU.WS-ə açıqlama verib.
"İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl olunmamasına; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə 500 AZN-dən 1000 AZN-dək cərimə edilir" -deyə vəkil qeyd edib.
İşçilərin sağlamlığını qorumaq üçün bir sıra tədbirlər də görülməlidir. Bunlar əsasən aşağıdakılardır.
İş saatlarının tənzimlənməsi: İşçilərin günün ən qızmar saatlarında işləməsinin qarşısı alınmalı, iş saatları səhər tezdən və ya axşam saatlarına uyğunlaşdırılmalıdır.
İstirahət üçün uyğun şərait: İşçilər üçün kölgəlik, soyuq su və istirahət yerləri təmin edilməlidir.
Müdafiə vasitələri: İşçilər üçün baş geyimləri, gün eynəkləri, açıq rəngli paltarlar və digər müdafiə vasitələri təmin edilməlidir.
Təlim və maarifləndirmə: İşçilərə yüksək temperaturun təhlükələri və onlardan qorunmaq yolları barədə məlumat verilməlidir.
Bundan başqa kəskin istilərlə bağlı işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Əmək məcəlləsinə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 15 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 182 ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10.10.2026 174 Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
10.10.2026 172 NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10.10.2026 185 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 183 İsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10.10.2026 166 Ailələrə uşaq sayına görə pul veriləcək?
Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini
00:38 97 Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
00:07 106 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
10.10.2026 204