Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldıVeysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalandı.

Təqaüdlər 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunacaq və tələbə adını qazanmış gənclərə şamil olunacaq. Məqsəd – təhsildə bərabər imkanlar yaradaraq regionun sosial və iqtisadi inkişafına təkan vermək, insan kapitalına sərmayə yönəltməkdir.

Qarabağ Universitetində təhsil alan tələbələrə dəstəklə bağlı Aydın Talıbov bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə azad edilmiş torpaqlarda bu gün təhsilin inkişafı ilə bağlı real addımların atılması olduqca qürurvericidir:

"Zəfərin beşinci ilində regionun inkişafında mühüm rol oynayan Qarabağ Universitetinin tələbələri üçün ayrılan təqaüdlər təhsilə yatırılan sərmayənin mühüm əhəmiyyətindən xəbər verir. Qarabağda təhsilə dəstək olmaq bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də tarixi bir öhdəlikdir. İnsan kapitalı olmadan infrastrukturun gələcəyi yoxdur – biz inanırıq ki, gələcəyin Qarabağı bu gənclərin düşüncəsində və zəhmətində formalaşacaq".

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda yalnız iqtisadi və logistik infrastrukturun deyil, həm də ali təhsilin, innovasiya düşüncəsinin və müasir gəncliyin inkişafına töhfə verməyə davam edir.

Forum çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu təşəbbüs Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsinə keçidinin göstəricisi kimi dəyərləndirilir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldıVeysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldıVeysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 181
.

Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm

10:42 182
.

Rusiya Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilat elan etdi

Rusiya Ədliyyə Nazirliyi Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilatlar siyahısına daxil edib. xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Nazirliyin açıqlamasında "Droa!" partiyasının (həmçinin "Vaxt gəldi!" və "Pora!" adlar

10:15 166
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

14:42 83
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 247
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 148
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 277
.

Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir

Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley

11:01 174
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 201
.