Bəzi ölkələr AEBA-nın hesabatından sui-istifadə edərsə, İran tədbir görəcək
İran tərəfi Tehranın nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatından bir sıra ölkələrin sui-istifadə etməsi halında tədbirlər görəcək.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
"Əgər bir sıra ölkələr İranın AEBA ilə əməkdaşlığından, agentliyin təftiş fəaliyyətinə etibarlı yanaşmasından, yaxud agentliyin Rəhbərlər Şurasının iclasındakı hazırkı hesabatdan sui-istifadə etmək niyyətində olsalar, İran öz qanuni hüquq və maraqlarını qorumaq üçün bu cür yanaşmaya cavab olaraq müvafiq tədbirlər görəcək. Bunun nəticələri və məsuliyyəti bu dövlətlər tərəfindən öz üzərinə götürüləcək", - bəyanatda bildirilir.
İran həmçinin Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-ni İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək səylərində səmimilikdən məhrum olmaqda ittiham edib.
"Baş direktorun Rafael Qrossinin hazırkı hesabatında yer alan iddialar son onilliklər ərzində bir neçə elan edilməmiş fəaliyyət və yerlərə dair iddialara əsaslanır. Bu, İranın bəyan olunmamış nüvə obyektləri və ya fəaliyyətlərinin olmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq. Eyni zamanda İran AEBA-ya daxil olmaq üçün bütün lazımi şərtləri təmin etmək üçün AEBA ilə əməkdaşlıq edib", - nazirlik bildirib.
Bundan əvvəl AEBA İranın 60 %-ə qədər zənginləşdirilmiş uranın hasilatını sürətləndirdiyi barədə məlumat vermiş və İranın beynəlxalq agentliklə əməkdaşlığını qeyri-qənaətbəxş adlandırmışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 526 Tarix: 01 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarsda yadplanetli silahı tapıldığı iddia edildi
Mars tədqiqatçısı Skott Uorinq Qırmızı Planetdə çəkilmiş fotolardan birində yadplanetlilərə məxsus olduğunu iddia etdiyi silah aşkar etdiyini bildirib. xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Uorinq 2014-cü ildə Opportunity roveri tərəfindən çəkilmiş fotoya diqqət çəkib
11:17 251 NASA ilə bağlı sensasiyalı iddia: UNO fotoları illərlə gizlədilib
NASA-nın illərdir naməlum uçan obyektlərin (UNO) fotoşəkillərini gizlətdiyi və retuş etdiyi iddia olunub. xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Harenin müsahibəsinə diqqət çəkiblər. O, 1967-1981-ci illərd
11:05 229 İran indi Qətərdəki ABŞ hədəflərinə də hücum etdiyini bildirir
İran hücum siyahısına Qətəri də əlavə edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran dövlət televiziyası Qətərdə ordu qüvvələrinin peyk antenasına dron hücumları təşkil etdiyini bildirib. Hesabatda Küveyt və Bəhreyndə konkret hədəflər də ətraflı şəkildə izah edilib. Bildirilib ki, zərbələr Küveytdək
11:26 240 "Kontakt Home"la bağlı daha bir narazılıq: "Bizi aldadırlar" - Foto
"Kontakt Home" mağazası ilə bağlı növbəti müştəri narazılığı gündəmə gəlib. xəbər verir ki, vətəndaş Tural Hacızadə sosial şəbəkədə paylaşdığı yazıda övladı üçün "Kontakt Home"dan "Huawei" planşeti aldığını, daha sonra isə həmin planşetin öz qələmini ona ayrıca satdıqların
20:15 132 NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib
NATO Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyini 20 ildən artıq müddətdə təmin edən" Baltic Air Policing" missiyasının formatını dəyişərək ona hava müdafiəsi statusu verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar barədə Ankarada keçirilən NATO sammitində Litv
21:15 78 Yusuf Tekinin "Kurtuluş Savaşı" açıqlaması niyə mübahisə doğurdu?
Türkiyənin təhsil naziri Yusuf Tekinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşdə yeni tədris proqramı ilə bağlı verdiyi açıqlama geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, dərs proqramlarında "Kurtuluş Savaşı" ifadəsi "Milli Mücadele" termini ilə əvə
14:47 224 Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO
Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrl
15:38 285 Manat niyə sərbəst buraxılmır? İqtisadi səbəblər açıqlandı
"Azərbaycanda üzən məzənnə rejiminə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, milli valyutanı
14:33 261 Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladı
Bir çox insanı maraqlandıran suallardan biri budur: Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli
15:17 238