Uşaqları dilənçilikdən necə xilas edək? - Hüquq, reabilitasiya və təhsil üçbucağında həll

Uşaqları dilənçilikdən necə xilas edək? - Hüquq, reabilitasiya və təhsil üçbucağında həll1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində küçələrdə dilənçiliyə cəlb edilən uşaqlarla bağlı problem yenidən gündəmə gəlib. Bu problem kifayət qədər ciddidir, həlli isə asan görünmür.

Dünyanın müxtəlif ölkələrində dilənçilik edən uşaqları tez-tez görmək olar. Təəssüf ki, Bakı küçələrində də bu mənzərənin şahidi oluruq. Uşaqlar metroda, yeraltı keçidlərdə və ya küçələrdə dilənirlər. Bəziləri bu uşaqların qazancının onları uşaqlıqdan məhrum edənlərin cibinə girəcəyini düşünmədən keçirlər.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı isə uşaqların istismarına göz yummamağa çağırır: "Reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilib. Onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbir görülüb".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Milli Koordinatorun 2024-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafanın səsləndirdiyi fikirlər də problemin dərinliyinə diqqət yönəldir: "O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamlıdır. Dövlət xüsusi mexanizmi tətbiq etməlidir. O cür uşaqlar üçün internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. Çünki valideynə qaytarılsa, yenidən o yola təhrik olunacaq".

Təəssüf ki, uşaqları küçələrdə dilənçiliyə sövq edən səbəblər dövləti və cəmiyyəti həmişə narahat etsə də, problem tamamilə çözülmür, həll yolu tapılmır. Dövlətimizin uşaq hüquqlarının qorunması və müdafiəsi ilə bağlı qanunları var. Amma küçədə dilənən valideynli-valideynsiz uşaqlara hələ də rast gəlinir. Bəs o uşaqları küçədən yığmaq üçün daha hansı addımlar atmaq olar?

Cinayət məsuliyyətinə səbəb olan hal

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ruslan Vəliyev qeyd edir ki, yetkinlik yaşına çatmayan - 15 yaşınadək uşaqların işlədilməsi qanuna ziddir: "Bu, həm Konstitusiya, həm də Əmək Məcəlləsi ilə qadağan olunub. Həmin şəxslərin və 15 yaşdan yuxarı uşaqların belə məcburi əməyə cəlb olunması Əmək Məcəlləsində cinayət məsuliyyətinə səbəb olan haldır. Bütün bu məsələlər qanunvericilikdə öz əksini tapıb, sadəcə olaraq onun tətbiqində boşluqlar ola bilər". R.Vəliyevin fikrincə, problemin parlamentdə gündəmə gətirilməsi müsbət haldır: "Belə hüquq pozuntuları barədə məlumatlar vətəndaşlar tərəfindən də dövlət orqanlarına daxil olsa, yaxşı olar. O cümlədən, KİV-in üzərinə böyük məsuliyyət düşür ki, belə hallar aşkarlanarkən dövlət orqanlarına məlumat verilsin". Hüquqşünas bildirir ki, uşaqlarını dilənçiliyə təhrik edən valideynləri də cəza gözləyir: "Əgər məcburi əmək varsa, qanun cəlb edənin valideyn və ya digər şəxs olduğuna baxmır. Sosial statusundan asılı olmayaraq hər bir şəxs qanun qarşısında məsuliyyət daşıyır".

Valideynlərlə işləmək

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova hesab edir ki, uşaqların ailələrdən alınması bu problemin həllində çıxış yolu deyil: "Hər uşaq ailə mühitində böyüsə yaxşı olar. Baş verən hər uşaq hadisəsi individual yanaşma və araşdırma tələb edir. Hər bir uşağın yaxınının, doğmasının onu küçə həyatına sövq etməsinin arxasında nə durur, ilk növbədə onu araşdırmalıyıq". İB sədri küçədə bu cür uşaqlarla görüşdüyünü, valideynləri ilə iş apardığını bildirir: "Bizim məqsədimiz odur ki, onlar internatlara, sığınacaqlara deyil, ailələrinə inteqrasiya olunsunlar. Belə olanda uşaqların inkişafına ailələri ilə birgə nail oluruq". K.Aşumova hesab edir ki, problemin həlli üçün valideynlərlə işləmək lazımdır: "Biz valideynlərlə işləyəndə onların sosial-maddi rifahlarının aşağı olmasını, xəstəliyini, çətinlik ucbatından övladını təhsilə yönəldə bilməməsini, uşağı ilə birgə küçədə diləndiyini müşahidə etmişik. Biz çalışmalıyıq ki, ailələrin sosial-maddi rifahının yaxşılaşdırılması, məşğulluqlarının təmini ilə uşaqların ailələrdə böyüməsinə nail olaq. Ailə ilə işləmək və onlarla reabilitasiya işi aparmaq lazımdır. Bu, dövlət qurumları ilə əməkdaşlıq, psixoloji terapiyalar, valideyn bacarıqlarının öyrədilməsini və s. tələb edir. Elə uşaq var ki, o valideyni ilə küçədə durursa, biz onu valideynindən ayıranda uşaq evinə getmək istəmir. Bəs o uşaqlarla nə edək? Mən o halda uşağın valideyndən alınmasının tərəfdarıyam ki, valideyn tüfeyli həyat sürür, zərərli vərdişləri var və bundan əl çəkmək istəmir. Onda uşaq ya alternativ himayədar bir ailəyə verilə və ya müəssisəyə yerləşdirilə bilər. Yaxın qohumların qəyyumluğunu da nəzərdən keçirmək lazımdır". Bu tip uşaqların təhsildən yayınmasına gəlincə, K.Aşumovanın fikrincə, təhsil sistemi elektronlaşdırılandan sonra həssas və sosial təhlükəli vəziyyətdə yaşayan və ya kirayədə qalan, doğum haqda şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi olmayan ailələrdə problem yaşanıb. Belə ki, elektronlaşdırma sistemə düşmək üçün sənəd tələb edir: "Vaxt keçdikcə də uşaq təhsildən kənar qalır, onu məktəbə götürmürlər. Valideyn kirayədə yaşayıb qeydiyyatı olmadığı üçün nə özünə şəxsiyyət vəsiqəsi ala bilir, nə də uşağının sənədi olur. Uşaq məktəbə getmirsə, yerli icra və polis orqanlarına, sosial xidmət mərkəzlərinə məlumat verilməlidir. Həmin ailə reabilitasiyaya cəlb olunmalı, araşdırılmalıdır. Orada valideynin biganəliyindən başqa digər məsələlər - erkən nikah, zorakılıq və s. aşkarlana bilər. Yerli icra hakimiyyəti və polis şöbəsi bu cür ailələri müəyyənləşdirməlidir. İstisna halda bu təbəqə üçün qeydiyyat məsələsini bir az asanlaşdırmaq lazımdır".

Psixoloji maarifləndirmə

Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova da hesab edir ki, küçələrdə, körpü altında, təhlükəli şəraitdə, gün altında, soyuq havada azyaşlı uşaqları diləndirmək ağlasığmazdır: "Konkret yerlər var ki, orada uşaqların dilənməsinə göz yumulur. İnsanlar da uşağın həqiqətən ehtiyacı olub-olmadığına əhəmiyyət vermir". Psixoloq hesab edir ki, övladını dilənməyə sövq edən valideynlər uşaqları əllərindən alınmazdan öncə psixoloji müayinədən keçirilməlidirlər: "Çünki bəzilərinin həqiqətən, psixoloji problemi olur, şiddətə meyilli olurlar. Belə şəxslər üçün müalicə şərtdir. Bəzi uşaqlar isə kiminsə təsiri altında dilənməyə başlayırlar. O cür aldanmış uşaqları psixoloji maarifləndirməyə cəlb etmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 443   Tarix: 01 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib. BİG.AZ -a istinadən xəbər verir ki, mənzillərin Agentliyi şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Xidmə

00:13 400
.

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Daşkənddə keçiriləcək Kosmik Texnologiyalar Konfransı 2026 (STC 2026) çərçivəsində Azərbaycan aprelin 1-də milli kosmik sənayesinin inkişaf planlarına həsr olunmuş xüsusi təqdimat keçirəcək. "Report" forumun təşkilatçılarına istinadən xəbər verir ki, təqdimatı Rəqəmsal İnkişaf və Nəqliyya

14.02.2026 262
.

Van İ: Tayvanı Çindən ayırmaq cəhdləri ABŞ ilə ciddi münaqişəyə səbəb ola bilər

Çin və ABŞ arasında ikitərəfli münasibətlərin iki mümkün ssenarisi var və bunlardan biri ölkələr arasında ciddi münaqişəyə səbəb ola bilər. "Report" xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında bildirib. Onun sözlərinə görə, birinci ssenari qarşılıql

14:00 144
.

Əraqçi: Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər

Avropa İttifaqının (Aİ) inkişaf trayektoriyası dəhşətlidir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb. "Bütün bunlar praktikada nə deməkdir? Aİ/E3-ün iflici və aktuallığını itirməsi İranın nüvə proqramı üzrə danışıqların dinamikasınd

10:40 150
.

Prezident İlham Əliyev: "Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:. "Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımda

12:01 145
.

"X" platformasından İrana gözlənilməz zərbə

ABŞ-nin "X" nəhəng sosial media platforması İrana tətbiq edilən sanksiyalar çərçivəsində gözlənilməz addım ataraq bir sıra yüksəkrütbəli iranlı məmurların hesablarındakı "mavi təsdiq" (premium) nişanlarını ləğv edib. "Milliyyet"ə istinadən xəbər verir ki, "mavi nişan"da

15:00 140
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Münhen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib. BİG.AZ həmin paylaşımı təqdim edir:

12:05 165
.

Son 15 il ərzində ilk dəfə Fin körfəzi tamamilə buzla örtülə bilər - Xəbərdarlıq

Son 15 il ərzində ilk dəfə Fin körfəzinin tamamilə buzla örtülməsi riski var. -ın məlumatına görə, rusiyalı meteoroloqu Aleksandr Kolyosov bu barədə "Telegram" kanalında məlumat verib. "Son bir ay yarımın şaxtalı havası Fin körfəzindəki buzun qərbə doğru irəliləməsinə imkan verib. Körfəzi

11:30 157
.

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Qütb soyuqları və intensiv yağıntılardan sonra Türkiyədə Liviya üzərindən gələn hava kütləsinin təsiri sayəsində yaz havası yaşanır. -un xəbərinə görə, xüsusilə Türkiyənin qərb bölgələrində temperatur mövsüm normasını xeyli üstələyib. İstanbul və Ankarada 20 dərəcə isti var, Sakarya, Kocaeli və Burs

14:18 369
.

TOP MP3