Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?Həkim – kosmetoloq işləyən Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?XALQ-ın əməkdaşı özünü sosial hesablarında estetik həkim kimi təqdim edən "dr.elya.aesthetiic" barədə ilginc faktlar aşkarlayıb.

Ölkədə tibbi təhsili olmayan bir çox şəxslər öz çirkin əməllərini davam etdirməkdədir.

Hüquq-mühafizə orqanları ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etsədə, belə məqamlar bitmək bilmir. Özəl klinikalarda müxtəlif estetik prosedurlar həyata keçirən,tibbi təhsili olmayan şəxslər fəaliyyətini gizli şəkildə davam etdriməkdədir.

Bakıda sosial hesablarda özünü dr.elya həkim kimi təqdim edən Elnarə Təhməzova da bu kimi qanunsuz fəaliyyət göstəriməkdədir.

Sosial hesablarında,bütün estetik prosedurlar, full face, endolazer, liposaksiya əməliyyatı,-Face-Body, Lipofiling-face body,popolifting və sair estetik prosedurlar həyata keçirməsi ilə bağlı və sosial hesabında bu kimi prosedurları görüntüləri paylaşılması bir daha onu göstərir ki, Səhiyyə Nazirliyinin heç bir icazəsi,qərarı və tələbi gərəkmir?

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji və estetik fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji,və tibbi preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?Araşdırmalarımız nəticəsində "estetik həkim" Elnarə Lətifova Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim "dr.Elya.aesthetiic" kimi təqdim edən Elnarə Təhməzova tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?Məsələ ilə bağlı "dr.Elya.aesthetiic" kimi təqdim edən Elnarə Təhməzovandan açıqlama almaq istəsəkdə asistenti əməkdaşımıza bildirib ki, vaxtı yoxdur sizinlə danışa bilməz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: "Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər".

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir.

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 31 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...

Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq

11.09.2026 200
.

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini

11.09.2026 135
.

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri

11.09.2026 306
.

"Oxumayım, YouTube-a video çəkim" - Bu düşüncə niyə təhlükəlidir?

"Yalnız "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi üzərində karyera qurmaq risklidir və bu model nadir hallarda dayanıqlı olur. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real deyil". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı

11.09.2026 176
.

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib

11.09.2026 144
.

Azərbaycanda qızıl kəskin bahalaşdı

Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9

11.09.2026 194
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11.09.2026 148
.

Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?

"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar

11.09.2026 179
.

El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi

11.09.2026 120
.