Azərbaycan ilk dəfə UN-Habitat İcraiyyə Şurasına üzv seçilib
Keniyanın paytaxtı Nayrobidə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Assambleyasının ikinci davam sessiyası çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.
Bu barədə "Report"a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, mayın 29-30-da BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat Assambleyasının İkinci Sessiyası öz işini başa çatdırıb. Sessiyada ölkəmizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə milli koordinator Anar Quliyev təmsil edib.
Belə ki, 2025–2029-cu illəri əhatə edəcək üzvlük ölkəmizə urbanizasiya sahəsində beynəlxalq qərarların qəbulunda, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında daha qərarverici rol oynamasına imkan verəcək.
Sessiyada, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün mövzusu və tarixi rəsmi olaraq təsdiq edilib. Tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi və WUF13-də fəal iştiraka dəstək göstərilməsi məsələləri müzakirə olunub ki, bu da Azərbaycanın qlobal şəhərsalma proseslərində mövqeyinin möhkəmlənməsinə dəstək göstərəcək.
Assambleya çərçivəsində 2026–2029-cu illəri əhatə edən yeni Strateji Plan və "İnsanyönümlü ağıllı şəhərlər" üzrə beynəlxalq təlimat da təsdiqlənib. Sənəd UN-Habitat-ın gələcək fəaliyyət istiqamətlərini, dayanıqlı şəhərsalma sahəsində qlobal çağırışlara cavab vermək üçün konkret hədəflər və yeni prioritetləri müəyyən edir.
Azərbaycan nümayəndə heyəti "Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə" və "Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025 və sonrakı illər", "Hər kəs üçün layiqli mənzil" mövzularında keçirilən tədbirlərdə də fəal iştirak edib.
A. Quliyev şəhərlərin artan rolunu, COP29-un qlobal iqlim gündəmindəki əhəmiyyətini və Bakı Davamlılıq Koalisiyasının təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb.
Səfər zamanı Komitə sədri UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rosbax, İtaliya, Çin, Malayziya, Özbəkistan və Keniya nümayəndələri ilə görüşərək dayanıqlı şəhərsalma, "ağıllı" şəhər modelləri, ekoloji transformasiya və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, tərəfdaş ölkələri WUF13-də fəal iştiraka dəvət edib.
Sessiya çərçivəsində təşkil olunmuş Azərbaycan stendində isə WUF13-ün əsas planları, müasir şəhərsalma yanaşmaları və ölkəmizin təşəbbüsləri təqdim olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 581 Tarix: 31 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?
"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar
11.09.2026 179 Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl
11.09.2026 188 Xankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11.09.2026 223 Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari
11.09.2026 201 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 134 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
11.09.2026 195 Azərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9
11.09.2026 194 "Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11.09.2026 298 Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini
11.09.2026 197