Daha çox kişiləri öldürür: "Sınıq ürək sindromu" nədir?
Ayrılıq, boşanma və ya yaxın bir insanın itkisi bir çox insan üçün travmatik bir təcrübədir. Lakin bəzi hallarda bu cür emosional sarsıntılar sağlamlıq baxımından ciddi təhlükələrə səbəb ola bilər.
BiG.AZ Qaynarinfo-a istinadən xəbər verir ki, "sınıq ürək sindromu" kimi tanınan bu vəziyyət, döş qəfəsi ağrısı və nəfəs darlığı kimi simptomlarla özünü göstərə bilər. Bu əlamətlər çox hallarda qısa müddətdə keçsə də, az sayda insan üçün bu vəziyyət ölümcül nəticələnə bilir.
Ən son elmi araşdırmalar isə bu sindromun kişilər üçün qadınlara nisbətən iki dəfə daha ölümcül olduğunu ortaya çıxarıb. İlk baxışda inandırıcı görünməsə də, bir insanın doğrudan da ürək ağrısından ölməsi tibbi cəhətdən mümkündür. Bu vəziyyətin tibbi adı takotsubo kardiyomiyopatidir və çox vaxt şiddətli emosional stresslə başlayır. Lakin "sınıq ürək sindromu" təkcə emosional deyil, cərrahiyyə və ya iflic kimi fiziki streslə də baş verə bilər.
Bu cür ani stress hallarında bədən kortizol və adrenalin kimi hormonları yüksək səviyyədə ifraz edir. Bu hormonlar ürəyin əsas pompalama kamerasında forma dəyişikliyinə səbəb olur və ürəyin düzgün işləməsini çətinləşdirir. Bu dəyişmiş ürək forması Yaponiyada ahtapot tutmaq üçün istifadə olunan "takotsubo" adlı tələyə bənzədiyi üçün xəstəlik bu adla tanınıb.
Əvvəlki araşdırmalara görə bu sindrom qadınlarda daha çox rast gəlinir. Lakin son məlumatlar kişilər üçün bu vəziyyətin daha təhlükəli ola biləcəyini göstərir. Arizona Universitetinin tədqiqatçıları, 2016–2020-ci illər arasında ABŞ-da bu sindromla xəstəxanaya yerləşdirilən təxminən 200.000 yetkinin məlumatlarını təhlil ediblər. Araşdırma, sindromun 83%-nin qadınlarda baş verdiyini təsdiqləyib.
Lakin bu araşdırma eyni zamanda yaşla bağlı fərqli bir tendensiyanı da üzə çıxarıb. 46–60 yaş arası şəxslərdə bu sindromun rastgəlmə ehtimalı, 31–45 yaş qrupu ilə müqayisədə 2,6–3,25 dəfə yüksək olub. Tədqiqatçılara görə bu artımın səbəbi stress səviyyəsi, hormonal dəyişikliklər, alkoqol və siqaret istifadəsi, eləcə də kifayət qədər müalicə olunmayan təzyiq və xolesterin problemləri ola bilər.
Araşdırmaya əsasən, kişilərin bu sindromdan ölmə ehtimalı qadınlara nisbətən iki qat daha yüksəkdir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, bəzi ehtimallar mövcuddur. Qadınlarda sindromu adətən emosional hadisələr tetikləyərkən, kişilərdə bu daha çox fiziki stressdən sonra (məsələn, əməliyyat sonrası) ortaya çıxır. Bundan əlavə, elm adamlarına görə kişilər sosial dəstək sistemlərindən daha çox uzaq ola bilər, bu isə onların stresslə mübarizəsini və sağalma prosesini çətinləşdirir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoypik - Boy inkişafı üçün məcun
Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v
30.08.2021 2311 Həddən artıq arıq olmaqdan bezmisiniz?
Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini
08.09.2021 1767 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827