Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDIABU-nun keçmiş rektoru Elşad Abdullayev prokurorluğa çağırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq İTV vasitəsilə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, təqsirləndirilən Abdullayev Elşad İslam oğlu mayın 5-də saat 10:00-da Baş Prokurorluğunun İstintaq idarəsinə gəlməlidir.

Bildirilir ki, Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, onun

- 2009-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində rektoru olduğu "Azərbaycan Beynəlxalq Universiteti"nin nəzdində fəaliyyət göstərmiş, həmin əməlinə görə qanuni qüvvəyə minmiş ittiham hökmü ilə məhkum olunmuş Tibb müəssisəsinin baş həkimi ilə qabaqcadan əlbir olub ümumilikdə 104.676 manata bərabər 130.000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində Ukraynadan Azərbaycan Respublikasına böyrəklərin transplantasiyası məqsədi ilə gətirilmiş donorlardan həmin tibb müəssisəsində qanunsuz olaraq böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahi əməliyyatların keçirilməsində;

- tələbələrdən külli miqdarda rüşvət alma cinayətinin törədilməsi vasitəsi kimi ali təhsil müəssisəsi olan "Azərbaycan Beynəlxalq Universiteti"ni təsis etməklə həmin universitetin rektoru vəzifəsində işlədiyi 2002 - 2010-cu illərdə tabeçiliyində işləyən şəxslərlə qabaqcadan əlbir olub onların və digərlərinin vasitəçiliyi ilə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alaraq xarici ölkələrin ərazisində ayrı-ayrı ali məktəblərdə təhsil almadıqları halda, guya onların göstərilən təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib olunaraq təhsil almaları rəsmiləşdirildikdən sonra, "Azərbaycan Beynəlxalq Universiteti"nin müvafiq fakültələrinə köçürülmələrini təşkil edərək qeyd olunan qanunsuz hərəkətlərinə görə ayrı-ayrı tələbələrdən ümumilikdə 370.586 manat məbləğində külli miqdar təşkil edən pul vəsaitini təkrarən rüşvət kimi almasına;

- "Azərbaycan Beynəlxalq Universiteti"nin fəaliyyətinin davam etdirilməsi və digər qanunsuz əməllərinin həyata keçirilməsini təmin etmək üçün rüşvət qismində vəzifəli şəxslərə çatdırılması məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında 1.000.000 ABŞ dolları, 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları, 2010-cu ilin əvvəllərində 130.000 ABŞ dolları və 500.000 manat, 27 dekabr 2003-cü il tarixdə 1.500.000 ABŞ dolları, 2010-cu ilin aprel ayında 1.000.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrlər üzrə rəsmi məzənnə ilə 4.610.153 manata bərabər 5.130.000 ABŞ dolları məbləğində pul vəsaitlərini rüşvət qismində verməsinə;

- "Azərbaycan Beynəlxalq Universiteti"in rektoru vəzifəsində işlədiyi 2007-2011-ci illərdə 1.319.772,3 manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

2013-cü ildə Elşad İslam oğlu Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2013-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış 162026244 nömrəli cinayət işi üzrə 19 may 2017-ci il tarixli qərarla Abdullayev Elşad İslam oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmuş, lakin istintaqdan gizləndiyinə görə ona həmin ittihamı elan etmək mümkün olmayıb.

Həmin cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 12 avqust 2024-cü il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan 98765 nömrəli cinayət işinə birləşdirməklə vahid icraatda ibtidai istintaq davam etdirilir.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 sentyabr 2024-cü il tarixdə Elşad İslam oğlu Abdullayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs Elşad Abdullayevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 759   Tarix: 12 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

17:32 58
.

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə

12:28 171
.

KFC-də müştəriyə bayat kartofu isidib verdilər - Foto

KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilib. xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib. O, bununla bağlı sosia

21:00 1
.

"Mançester Yunayted"dən "Sabah"la bağlı ironik - Video

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ın rəqibi olan "Mançester Yunayted" Azərbaycan klubu ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda ölkə çempionumuz haqda məlumatlar verilib. Diqqətçəkən məqam odur ki, "Sabah"ı

17:03 113
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 182
.

Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ

İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild

19:30 1
.

Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA

"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib

14:24 162
.

Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?

"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-

12:56 186
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

16:18 127
.