"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi

"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi6 aprel 2025-ci il tarixində Bakı Gənclər Mərkəzinin rəsmi tərəfdaşlığı, Orces Ortez və Protez Mərkəzinin baş sponsorluğu və təşkilatçılığı, Psixo Klinik və Oyun Məktəbinin təsisçi direktoru, klinik psixoloq Anara Quliyevanın autizm sahəsində apardığı 3 illik elmi-tədqiqatın təqdimatı məqsədilə "Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" adlı I Praktiki Konfrans baş tutdu. Tədbir çərçivəsində fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət xüsusi sərgi də nümayiş olundu.

Beynəlxalq Autizm Maarifləndirmə Ayı çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası üçün erkən diaqnostika və psixoloji dəstəyin vacibliyini önə çəkmək idi.

Konfransda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış psixoloqlar, tibb mütəxəssisləri və QHT rəhbərləri iştirak etdilər. Millət vəkilləri Ceyhun Məmmədov və Vüqar İskəndərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müşaviri Fuad Məmmədov, Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının Xankəndi-Xocalı birləşmiş komitəsinin sədri İlqar Abbasov, Azərbaycan Kiber Təhlükəsizliyinin nümayəndəsi, Nizami rayonu bələdiyyəsinin sədr müavini və digər rəsmi şəxslər çıxış etdilər.

Tədbirin ən təsirli anlarından biri autizmli gənc Ayxanın aparıcılıq edərək tədbiri Safura Rəhimova ilə birgə idarə etməsi oldu. Bu simvolik jestin verdiyi güclü mesaj belə idi: "Fərqlilikləri sevgi ilə qarşılamaq, güclü bir cəmiyyətin təməlidir."

Konfrans Azərbaycan Dövlət Himni ilə başladı. Himni koxlear implantlı uşaqların ifasında səslənməsi iştirakçılar tərəfindən duyğusal təəssüratla qarşılandı.

Konfransı açıq elan edən tibbi marketoloq Zülfiyyə Əliyeva konfransın və sərginin təşkilində məqsədin autizmli fərdlərin cəmiyyətə inteqrasiyasına töhfə vermək və klinik psixoloq Anara Quliyevanın uzunmüddətli araşdırmalarının nəticələrini mütəxəssislərlə paylaşmaq olduğunu qeyd etdi. Psixoloq Anara Quliyeva çıxışı zamanı vurğuladı: "Autizmdə uşaqlarla işləyərkən oyunun sehrinə inanın. Sevgi və doğru yanaşma ilə nəticə daha tez əldə olunur."

Konfrans çərçivəsində təşkil olunan sərgidə fiziki məhdudiyyətli uşaqların əl işləri və rəsm əsərləri nümayiş olundu. Sərgi cəmiyyətə bu uşaqların daxili gücünü və yaradıcılıq potensialını göstərməklə yanaşı, böyük maraq və rəğbət qazandı. Gün ərzində sərgini 400-dən çox insan ziyarət etdi.

Tədbirin təşkilatçısı və baş sponsoru olan Orces Ortez və Protez Mərkəzinin istehsalat bölməsinin rəhbəri Zülfiyyə Əliyeva bu kimi sosial məsuliyyət layihələrinin davamlı olacağını və xüsusi qayğıya ehtiyacı olan fərdlərin cəmiyyətə qazandırılması üçün daim dəstək verməyə hazır olduqlarını vurğuladı.

Konfransın ərsəyə gəlməsində dəstək göstərən Smart Elektroniks rəhbərliyinə, Sirab və Rəmzi oğlu Paxlava kollektivinə, eyni zamanda media dəstəyinə görə Azərbaycan İncəsənəti Məktəbi, Alioglu Media və çəkiliş komandası rəhbəri Amil bəyə təşəkkür edildi.

Tədbir autizmli gənc Zülfüqar Zülfüqarlının canlı musiqi ifası ilə davam etdi. Konfransın ikinci hissəsi autizm rəngi olan göy rəngli 200-dən çox şarın uşaqlarla birlikdə havaya buraxılması ilə başladı və Kəlağayı rəqs qrupunun çıxışı ilə davam etdi.

Tədbirin sonunda 50-yə yaxın könüllü təşəbbüskar fəal iştirak edərək dəstək göstərdi. Konfrans iştirakçılar üçün yeni əməkdaşlıqların təməlini qoydu və gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin keçiriləcəyinə işarə etdi. Bütün iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi.

"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi"Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü" mövzusunda I Praktiki Konfrans uğurla keçirildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 12 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl və gümüşün bu günə olan qiyməti açıqlandı

Qızıl və gümüşün bu günə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 10 sentyabr 2026-cı il tarixinə qızılın 1 unsiyasının qiyməti 7448,7965 manat, 1 qramının qiyməti isə 239,48 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 239,48 manat, 750 əyyar İtalyan qızılının 1 qramı 179,7

20:15 1
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

16:18 127
.

İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı

İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind

17:31 68
.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

13:02 164
.

Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ

İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild

19:30 1
.

"Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb

İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray

18:30 1
.

Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat

14:33 164
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

19:15 1
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

16:21 130
.