2025-də bu şəxslərin lotereyada bəxti GƏTİRƏCƏK — MÜSAHİBƏ
Numerologiya son zamanlar mistik sahə kimi populyarlıq qazanıb. Əksər insanlar həyatlarında rəqəmlərin xüsusi rola sahib olduğunu düşünürlər. Hətta tirajlı lotereya oyunlarında belə sevimli rəqəmlərinin onlara şans gətirəcəyinə inanırlar.
Numeroloq Ayişə Axundova rəqəmlərlə bağlı yaranan sualları Demokrat.az-a müsahibəsində cavablandırıb.
Azərbaycanda "Xəzər TV"də yayımlanan tirajlı lotereya oyunlarında ötən il üzrə ən çox çıxan rəqəm 12, ən az çıxan rəqəm isə 1 olub. Bu rəqəmlərin numerologiyada xüsusi yeri varmı?
Numerologiyada rəqəmlərin mənası müxtəlifdir. 12 rəqəminin rəqəmləri ayrılıqda toplanaraq 3 olur və sadələşir. 3 rəqəmi sənəti, yaradıcılığı təmsil edir.
1 rəqəmi liderliyi, risk almağı, cəsarəti təmsil edir və şanslı rəqəmdir.
Lotereya oyunları üçün hansı rəqəmlər uğurlu hesab edilir?
Hər dövrün özünün uğurlu rəqəmi olur. İnsanlar həyatlarında təkrar edən rəqəmlərə diqqət etsinlər. Onlara uğur gətirdiyini düşündükləri rəqəmlərə şans oyunlarında üstünlük verə bilərlər.
Bəzi insanlar onlara müəyyən rəqəmlərin uğur gətirdiyini bildirirlər. Həqiqətən, uğurlu rəqəm anlayışı varmı?
Hər bir insanın daşıdığı rəqəm enerjisi var. Bunu doğum tarixi vasitəsilə hesablayırıq. Bizə aid olan hər bir rəqəm bizdən xəbər verir. Tutalım, doğum tariximiz 14.11.1996-dır. Bu zaman rəqəmlər tək-tək toplanaraq 33 əldə edilir. Numerologiyada 11, 22, 33 kimi rəqəmlərdən əlavə rəqəm alınırsa, nəticəni toplayırıq. Məsələn, 12 alınıbsa, 1 və 2-ni toplayaraq 3 əldə edirik. Bu o deməkdir ki, həmin insanda 3 rəqəminin enerjisi var.
3 rəqəminin enerjisi olan insanlar həyatı, sevgini paylaşmağı sevir, çətinlikləri paylaşmağı sevmirlər. Əylənməyi sevir, hadisələri dramatikləşdirmirlər. Göründüyü kimi, hər rəqəmin özünün qarşılığı və mənası var. Bu rəqəmlər bizə xarakterimizi və hansı sahədə uğurlu olacağımızı göstərir. Həyatda iki əsas məsələ doğru iş və həyat yoldaşı seçimidir ki, rəqəmlər bizə bu mənada da kömək edə bilir.
Hansı bürclərin lotereya oyunlarında enerjisi daha yüksək görünür?
Hər bir bürcün öz enerjisi var. Hansısa bürclə bağlı olaraq sırf bunun enerjisi yüksəkdir, digərininki deyil deyə bilmərik. Ümumi mənada isə oxatan bürcləri yüksək enerjili, həyat dolu bürc kimi görünür. Qoç bürcü isə ən aktiv, hətta ətrafındakı insanları belə hərəkətə keçirə biləcək şəxs kimi görünür.
Bu il şans oyunlarında xəritə hansı bürcləri uğurlu hesab edir?
Bu il üçün şans məsələsində tərəzi bürcü ilk sıralarda gəlir, çünki Yupiterdən dəstək alır. İkinci şanslı bürc kimi dolçanı hesab edə bilərik. Onların bu il şansları dönəcək demək olar. Hər bir bürc sahibi üçün şans və uğurlu olduğu sahələr hər zaman var.
Odur ki, rəqəmlərin sehrinə inananlar tirajlı lotereya oyunlarında bəxtlərini sınayaraq böyük uduşlara sahib olmaq imkanı əldə edə bilərlər. Bəlkə də, sizi cekpota aparacaq yol elə sevimli rəqəmlərdən keçəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1131 Tarix: 11 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMillətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
19:45 1 Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır
15:00 201 Mənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 217 Azərbaycanda koronavirus sürətlə yayılır - "Qripdən fərqlənmir"
Dünyanın bir sıra ölkələrində koronavirusun PJ.2.1 adlı yeni variantı aşkarlanıb. Bu ştamın əlamətləri adi soyuqdəymə və mövsümi qripə bənzəyir. PJ.2.1 ilk dəfə 2026-cı il mayın 2-də Kanadanın Ontario əyalətində müəyyən edilib. Daha sonra ölkənin digər bölgələrində də yoluxma halları qeydə alınıb. İyunu
20:00 0 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı
14:45 197 10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:01 222 "Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib. İstanbulda vəkil kimi fəaliyyət göstərə
18:45 1 Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya
19:00 0 Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v
11:20 177