Papuaşvili: Avropada bəziləri Rusiyaya qarşı eskalasiya və sanksiyalardan imtinaya görə Gürcüstandan inciyib

Papuaşvili: Avropada bəziləri Rusiyaya qarşı eskalasiya və sanksiyalardan imtinaya görə Gürcüstandan inciyibGürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkəsi Rusiya ilə eskalasiyaya getməkdən və qarşılıqlı sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün Avropada bəzi dairələr ölkəsinə qarşı narazılıq nümayiş etdirir.

"Report"un yerli bürosu xəbər verir ku, bu barədə Ş.Papuaşvili Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Ş.Papuaşvilinin sözlərinə görə, Gürcüstan nümayəndə heyəti Belçikanın hər iki palatasının sədri ilə keçirilən görüşdə Avropa ilə münasibətlərdə yaranan gərginliklərin səbəblərini izah edib:

"Son illər bəzi Avropa siyasi dairələrinin Gürcüstandan gözləntiləri olub. Onlar istəyirdilər ki, Gürcüstan Rusiya-Ukrayna müharibəsi fonunda eskalasiyaya getsin, sərhədlərini və hava məkanını bağlasın, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin. Amma biz bu addımların ölkəmizin ziyanına olacağını bildiyimiz üçün imtina etdik. Nəticədə Avropada bəzi dairələr bizə qarşı küskün, narazı və ya qəzəblidirlər".

O qeyd edib ki, Gürcüstanın mövqeyi Avropa tərəfinə ətraflı şəkildə izah olunub və artıq bu yanaşmanın mahiyyəti anlaşılır:

"Biz parlamentlərarası əməkdaşlığa önəm veririk. Amma Avropa Parlamentindən Gürcüstana sanksiyalarla bağlı tələb gələndə və bunun müqabilində heç bir təhlükəsizlik və iqtisadi təminat təqdim olunmur, bu, məsuliyyətsiz yanaşmadır".

Papuaşvili həmçinin bəzi Avropa siyasətçilərinin Gürcüstandakı seçki prosesinə müdaxilə etdiklərini də qeyd edib:

"Biz xatırlayırıq ki, Baltikyanı ölkələrin bəzi nazirləri seçkiqabağı dövrdə aksiyalarda iştirak edirdilər. Bu məsələləri də diqqətə çatdırdıq".

O vurğulayıb ki, Gürcüstan yalnız öz xalqına və milli maraqlarına güvənməlidir:

"Əvvəllər də görmüşük ki, müharibələrdən sonra beynəlxalq münasibətlər dəyişir və tərəfdaş kimi təqdim olunanlar müəyyən vaxtdan sonra fərqli mövqe tutur. Ona görə də yalnız öz gücümüzə arxalanmalıyıq".

Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti Şalva Papuaşvilinin rəhbərliyi ilə IPU-nun Daşkənddə keçirilən 150-ci Assambleyasında iştirak edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 06 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya Ayxandan yeni sürpriz!

Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib. xəbər verir ki, pop kraliça ilk dəfə konsert səhnəsində səsləndirdiyi "Yanındayam" mahnısının rəsmi klipini izləyicilərin ixtiyarına verib. Musiqisi və sözləri Miroya məxsus olan, aranjimanı SarkhanBeats tərəfindən hazırlana

03.04.2026 470
.

Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMA

Yer xaricində həyatın axtarışı alimləri onun necə görünə biləcəyi ilə bağlı ənənəvi fikirləri yenidən nəzərdən keçirməyə vadar edir. Yeni araşdırmalar göstərir ki, yadplanetli orqanizmlər Yer bitkiləri kimi mütləq yaşıl olmayacaq. xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer xaricində həyat formalarını

03.04.2026 347
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

03.04.2026 519
.

Günəş pullu olacaq - ABŞ Yer kürəsini işıqlandıracaq güzgüləri kosmosa buraxır

ABŞ-da fəaliyyət göstərən Reflect Orbital şirkəti gecə vaxtı Yer səthini işıqlandırmaq üçün orbitdə yerləşdirilən güzgülər sistemi yaratmağı planlaşdırır. Layihə on minlərlə reflektor qurğunun orbitə çıxarılmasını nəzərdə tutur. Bu güzgülər Günəş işığını əks etdirərək sifariş əsasında planetin müəyyə

03.04.2026 511
.

Ziya Məmmədov illər sonra toyda göründü - Foto

Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədo

12:19 212
.

Mirça Luçesku infarkt geçirdi

Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb. Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb. -ın xarici mediaya istinadən xəbərin

03.04.2026 336
.

"Politico": Orban varisi üçün sərbəst idarə etməyə mane olacaq "tələlər" qurub

Macarıstanın baş naziri Viktor Orbanın 16 illik hakimiyyəti dövründə yaratdığı hüquqi və institusional sistemin gələcəkdə onun potensial varisinin ölkəni sərbəst idarə etməsini ciddi şəkildə çətinləşdirəcəyi bildirilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır. Məlumata görə, apreld

03.04.2026 440
.

Xamenei Rusiyaya gedib?

"İranın yeni Ali Lideri Müctəba Xameneinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur". "Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, İranı

10:39 202
.

Elnarə Abdullayevaya jurnalistlərdən SƏRT sözlər: "Özün niyə bəzənib məclislərdə oxuyursan?"

Xanəndə Elnarə Abdullayevanın qonaq olduğu verilişlərin birində qadınların şəkil paylaşması ilə bağlı dediyi sözlər narazılığa səbəb olub. xəbər verir ki, Elnarə Abdullayeva Votsap statusunda şəkil paylaşan qadınları tənqid edib. O bildirib ki, qadınlar statusta öz şəkillərini paylaşması düzgün deyil:

03.04.2026 652
.

TOP MP3