Kərə yağının qiyməti sürətlə artır - İdxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır?

Kərə yağının qiyməti sürətlə artır - İdxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır?Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır. Məsələn, bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 370 ton (79.8%), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2.4 dəfə) çoxdur.

Bəs, görəsən, ölkə daxilində kərə yağı istehsalını artırmaq üçün niyə tədbirlər görülmür? Bu istiqamətdə hansı addımlar atıla bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Emal müəssisələri effektiv işləmir

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, yağ istehsalını artırmaq üçün ölkədə kifayət qədər intensiv südçülük təsərrüfatları olmalıdır: "Əslində Azərbaycanda belə təsərrüfatlar mövcuddur. Amma məhsuldar heyvan sayı yetərli deyil. Bizdə olan say təxminən 100 min baş civarındadır. Əsas yük ailə təsərrüfatlarının üzərindədir. Statistik rəqəmlərə əsasən, bu təsərrüfatların istehsal etdiyi süd ümumi istehsalın təxminən 80 faizini təşkil edir. Yəni, südün yalnız 20 faizi intensiv təsərrüfatlardan gəlir. Ölkədə 2 milyon 200 min iribuynuzlu heyvan var. Onların çoxu məhsuldar deyil, tamamilə cırlaşıb. Dolayısıyla, biz ailə təsərrüfatlarındakı cırlaşmış heyvanları damazlıq və məhsuldar heyvanlarla əvəzləyə bilsək, süd istehsalının artması çərçivəsində kərə yağına olan tələbatın daha da yaxşılaşdırılmasına nail ola bilərik. Çünki idxalı tamamilə sıfırlamaq çətin məsələdir".

Ekspertin sözlərinə görə, Azərbaycanda emal məsələsi istənilən səviyyədə olmadığı üçün süd böyük həcmdə itkiyə gedir: "Hesab edirəm ki, ölkədə süd məhsullarının emal sənayesinin inkişafı məsələsi təkrar gözdən keçirilməlidir. Təhlillərə görə, bu müəssisələr effektiv işləmirlər. Daxili bazarda fermerlərdən vaxtında və uyğun qiymətlərlə məhsulu almadıqları üçün istər-istəməz istehsalda kəsintilər yaranır. Əgər kəsintilər aradan qaldırılarsa, idxaldan asılılığı 80 faizə yaxın azaltmaq olar. Bu addımlar təkcə kərə yağı istehsalını artırmayacaq. Eyni zamanda, kərə yağı istehsalından sonra digər süd məhsullarının istehsalını da təmin edəcək".

Böyük həcmdə investisiyalara ehtiyac var

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirir ki, Azərbaycanda heyvandarlığın inkişafına mane olan konkret səbəblər var. Onun sözlərinə görə, məhdud örüş sahələri və yem bazasının olmaması bu sahənin inkişafını ləngidir: "Ümumiyyətlə, ərazisi kiçik olan ölkələrdə heyvandarlığın inkişaf prosesi çətin olur. Ölkəmizdə həm örüş sahələri azdır, həm də yem idxal olunduğundan bahadır. Nəticədə yerli istehsal idxal olunan məhsuldan daha baha başa gəlir. Ona görə kiçik fermerlər bu işlə məşğul ola bilmirlər. Düzdür, perspektiv var. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə bu sahəni inkişaf etdirmək mümkündür. Həmin ərazilərdə böyük komplekslər yaratmaq olar. Orada böyük otlaq ərazilərimiz var. Amma bununla yanaşı keyfiyyətli, yağlı süd əldə etmək üçün yem də olmalıdır".

Ekspert vurğulayır ki, dövlət bu sahənin inkişaf etdirilməsində maraqlıdır: "Neçə illərdir ki, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Eyni zamanda, yem bazası sayılan yonca, arpa, buğda, qarğıdalı və s. əkin sahələrinə dövlət tərəfindən subsidiya ayrılır. Yəni, dövlətin bu sahəyə kifayət qədər qayğısı mövcuddur. Sadəcə, bu məsələ kəndlidən asılı deyil. Bu, iri şirkətlərin görəcəyi işdir. Bu sahəyə böyük həcmdə investisiyalar yatırılmalıdır. Böyük heyvandarlıq kompleksləri tikilməlidir".

Ekspert hesab edir ki, bu sahəyə sahibkarların marağı olmalıdır: "Kəndlinin dörd inək saxlaması ilə biz tələbatı ödəyə bilmərik. Düzdür, bu işi qurmaq istəyənlər olub. Amma idarəetmə düzgün qurulmadığından uğursuz alınıb. Çünki heyvan dağın başında, sahibkar Bakıdadır. Bakıda oturub dağın başındakı işi idarə etmək çətin məsələdir. Bu işi xaotik deyil, sistemli şəkildə qurmaq lazımdır".

"İdxaldan asılılığımız davam edəcək"

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, artıq kənd əhalisi heyvandarlığı qazanclı sahə kimi görmür: "Əvvəl mal-heyvanı boş sahələrdə otarmaq olurdu. İndi otlaq sahələri hasarlanıb. Digər tərəfdən, gənclər bu işlə məşğul olmaq istəmirlər. Hesab edirlər ki, bu sahədə gəlirlilik yaxşı səviyyədə deyil. Bakıya gəlib fəhlə işləməyi ondan qazanclı sayırlar. Otlaq sahəsi olmadığına görə kəndli məcburdur ki, heyvanlara ot bağlaması versin. Ot bağlamasının qiyməti növünə uyğun olaraq 3-6 manat arasındadır. Kəndlinin də o qədər pulu yoxdur. Aidiyyəti qurumlar da bu problemin öhdəsindən gələ bilmirlər. Nəticədə südçülük üzrə heyvandarlıq inkişafdan qalır. Ona görə kərə yağına olan tələbatda idxaldan asılı vəziyyətdəyik. Gələcəkdə də idxaldan asılılığımız davam edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 06 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

14:13 150
.

Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir

ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy

10:35 168
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

16:21 130
.

"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"

Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı

16:41 147
.

İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var

İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya

09.09.2026 230
.

İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb

İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki

11:21 158
.

NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıb

Bu ilin yazında Arktikanın Svalbard arxipelaqı yaxınlığındakı sularda NATO müttəfiqləri Rusiyanın kritik sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli əməliyyatının qarşısını alıb. Reuters-in iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəs

10:57 221
.

Oksana artıq çəkidən şikayətləndi

Aktrisa Oksana Rəsulova artıq çəkidən şikayətlənib. Axşam.az xəbər verir ki, aktrisa çəkisinin 60 kiloqrama çatdığını bildirib. O, uzun müddətdir pəhriz saxlamasına baxmayaraq, artıq çəkidən xilas ola bilmədiyini deyib. "İndi analizlər verib, düzgün istiqamət seçdim. 60 kiloqramam. Hədəfim 52 kiloqram

12:04 248
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

15:07 148
.