Aeroport yolundakı ağır qəza ilə bağlı "BakuBus"dan AÇIQLAMA - YENİLƏNİB+VİDEO
Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, "Saipa" markalı minik avtomobili hava limanı istiqamətində hərəkətdə olan zaman evakuatorla toqquşub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, toqquşma nəticəsində evakuatorun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və mərkəz istiqamətində hərəkətdə olan, "BakuBus" MMC-nin H1 (Hava Limanı Ekspres) marşrut xətti üzrə fəaliyyət göstərən, 99-JH-355 dövlət qeydiyyat nişanlı "Neoplan" markalı avtobusa çırpılıb.
Hadisə nəticəsində avtobusun sürücüsü İbrahim Qaziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Avtobusda olan sərnişinlər arasında xəsarət alan yoxdur.
Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
01:30
Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu Rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.
BiG.AZ APA-ya istinadla xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.
05 aprel, 23:48
Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.
23:36
Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, evakuator aeroporta gedən ekspres avtobusuna çırpılıb.
Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1469 Tarix: 06 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı metrosuna giriş bağlandı - Sərnişinlər çıxarılır
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb
12:55 642 Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı
Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: "Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzini
11:27 381 Rusiya Ukraynanı bombaladı
Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində azı 15 nəfər yaralanıb. Yerli rəsmilərin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı yeniyetmələr də var. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, hücum gecə saatlarında şəhəri
12:03 224 İsrailin müdafiə naziri Hizbullah terror təşkilatına xəbərdarlıq edib
İsrail Livanda həyata keçirdiyi əməliyyatların əsas məqsədinin "Hizbullah"ın tərksilah edilməsi və şimal bölgələrinə yönələn təhlükənin aradan qaldırılması olduğunu açıqlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, müdafiə naziri İsrael Katz bildirib ki, bu proses hərbi və diplomatik addımları
11:54 218 12 illik həyat yoldaşından boşanır?
Aktrisa Kira Naytlinin boşanma ərəfəsində olduğu iddia edilib. Axşam.az xəbər verir ki, aktrisa musiqiçi Ceyms Raytonla 12 illik evliliyini bitirir. "Page Six"in məlumatına görə, bu yaxınlarda paparatsilər 42 yaşlı Raytonu Londonda velosiped sürərkən nikah üzüyü olmadan görüntüləyiblər. Fevrald
20:15 1 "Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar
"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: 25"
12:52 270 Bu ölkədə 50 körpənin qalıqları tapıldı
Trinidad və Tobaqo Respublikasında 50 körpə, eləcə də 6 yetkin insana aid sirli qalıqlar aşkar edilib. xarici KİV-ə istinadla bildirir ki, qalıqlar Kumuto şəhərinin qəbiristanlığında tapılıb. Yetkin insanlara aid bütün cəsədlərin üzərində identifikasiya nişanları olub. Məhkəmə-tibbi ekspertlərin müəyyə
18:45 128 Vado Karovinin "vurulmasında" korrupsiya izi
"Space" Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad olunmasının detalları bəlli olub. -nun xəbərinə görə, Vado Korovinin "vurulmasının" əsas səbəbi korrupsiya imiş. Belə ki, Korovin telekanal üçün ayrılan vəsaitlərin böyük əksəriyyətini müxtəlif vasitələrlə mənimsəyib
21:30 1 Paşinyan: Ermənistan KTMT-də üzvlüyünü bərpa etməyəcək
İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş üzvlüyünü yenidən aktivləşdirmək niyyətində olmadığı bildirilir. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Telegram" paylaşımında, Qafqaz Bürosunun məlumatına istinadən açıqlama verib. Paşinya
11:37 200