Müəllimlərin yeni əyləncəli dərs metodu-"TikTok"

Müəllimlərin yeni əyləncəli dərs metodu-"TikTok"Son illərdə TikTok platformasının məktəblərdə, xüsusilə dərs prosesində istifadə olunması bir sıra müəllimlər arasında dəb halını alıb. Bəzi müəllimlər bunu müasir və yenilikçi pedaqoji yanaşma kimi təqdim edir, dərsi "əyləncəli" hala gətirmək, şagirdlərin diqqətini cəlb etmək və onların motivasiyasını artırmaq məqsədilə bu platformadan istifadə etdiklərini bildirirlər. Lakin bu yanaşmanın mahiyyətinə dərindən baxdıqda, prosesin ciddi şəkildə pedaqoji dəyərlərdən uzaqlaşdığı, məktəbdə təlim-tərbiyə mühitinə zərər verdiyi və həm hüquqi, həm də etik baxımdan risklər doğurduğu aydın olur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, TikTok sosial şəbəkəsi əsasən qısa və sürətli istehlak edilən kontentlərə əsaslanır. Platformanın məzmunu çox vaxt musiqi, rəqs, yumor və gündəlik həyatın nümayişi üzərində qurulub. Bu cür sürətli, diqqət dağınıqlığı yaradan və vizual effektlərə əsaslanan format təhsil prosesinin mahiyyətinə uyğun deyil. Tədris zamanı tələb olunan sistemlilik, ardıcıllıq, məntiqi düşünmə və analitik bacarıqlar TikTok-un təbiəti ilə ziddiyyət təşkil edir. Bu səbəbdən TikTok-un dərsdə istifadə edilməsi dərsin məqsədini, məzmununu və müəllim-şagird münasibətlərini kökündən dəyişə və təhrif edə bilər:

Müəllimlərin yeni əyləncəli dərs metodu-"TikTok""Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 18.1-ci maddəsində göstərilir ki, təhsil müəssisələrində tədris və tərbiyə prosesi milli dəyərlərə əsaslanmalı, şagirdlərin mənəvi inkişafını və şəxsiyyətin formalaşmasını təmin etməlidir. Əgər dərs prosesi sosial şəbəkə kontenti yaratmaq məqsədilə istifadə olunursa və bu zaman şagirdlərin şəxsi məkanı, psixoloji sərhədləri və tərbiyə prinsipləri pozulursa, bu artıq qanunun tələbləri ilə ziddiyyət təşkil edir.

2023-cü ildə keçirilmiş bir araşdırmaya əsasən, Bakı şəhərinin 20-dən çox ümumtəhsil məktəbində aparılan monitorinqlərdə müəllimlərin təxminən 17%-i dərsdə və ya dərsdənkənar fəaliyyətlərdə TikTok videoları çəkib paylaşdığını etiraf edib. Eyni araşdırmada iştirak edən şagirdlərin 62%-i isə bildirib ki, dərs zamanı müəllim tərəfindən çəkilən videolarda iştirak etməyə razı olmasalar da, onların görüntüləri sosial şəbəkədə yayımlanıb. Bu isə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə görə uşağın şəxsi həyatının toxunulmazlığı prinsipinin pozulması deməkdir.

Müəllimin TikTok-dan istifadə etməsinin mənfi tərəfləri arasında ilk olaraq dərs mühitinin qeyri-ciddiləşməsi qeyd edilməlidir. Dərs prosesi əyləncəyə çevriləndə, müəllimin elmi-pedaqoji nüfuzu zəifləyir, şagirdin müəllimə münasibəti qeyri-rəsmi formaya keçir. Bu da uzunmüddətli perspektivdə müəllim-şagird münasibətlərinə və məktəbdə intizamın saxlanmasına mənfi təsir edir. Digər mühüm problem isə müəllimin dərsin məzmununa deyil, çəkəcəyi videonun vizual effektinə və sosial şəbəkədə aldığı baxış sayına fokuslanmasıdır. Bu zaman tədris planı arxa planda qalır, əsas məqsəd sosial reaksiya qazanmaq olur.

Bütün bunlarla yanaşı, TikTok-un tədrisdə istifadəsinin müsbət tərəfləri də tamamilə inkar olunmamalıdır. Əgər müəllim bu platformanı texniki vasitə kimi – məsələn, qısa maarifləndirici videoların nümayişi, müəyyən mövzu üzrə kreativ təqdimatların təşkili və ya şagirdlərin layihə formatında təqdimatlarının paylaşılması üçün istifadə edirsə və bu proses valideynlərin razılığı ilə həyata keçirilirsə, bu zaman müəyyən faydalardan danışmaq olar. Bu cür hallarda TikTok interaktivliyin artmasına, texnologiyanın təhsildə tətbiqinə və şagirdin yaradıcı bacarıqlarının inkişafına dəstək verə bilər. Amma bu yanaşma sistemli və pedaqoji nəzarətlə aparılmalıdır".

Ekspert qeyd etdi ki, Dünya təcrübəsində bu məsələ daha ehtiyatla yanaşılır. Məsələn, ABŞ-ın bir çox ştatlarında dövlət məktəblərində TikTok-un istifadəsi rəsmi qaydada qadağan olunub və bu platformaya məktəb şəbəkəsindən giriş bloklanıb. Kanada, Avstraliya və Almaniya kimi ölkələrdə TikTok-un məktəbdə istifadəsinə dair ciddi etik və texniki qaydalar mövcuddur. Fransa isə 2023-cü ildən etibarən orta məktəblərdə mobil telefon istifadəsini sərtləşdirib və sosial şəbəkələrə çıxışa məhdudiyyət tətbiq edib. Bütün bu yanaşmaların ortaq cəhəti odur ki, təhsil mühiti sosial şəbəkə platformalarının təsirindən qorunmalı, məktəb "kontent istehsalı" məkanına çevrilməməlidir:

Müəllimlərin yeni əyləncəli dərs metodu-"TikTok""Nəticə etibarilə, TikTok-un tədris mühitinə daxil edilməsi nə qədər yenilikçi görünsə də, əgər bu proses məqsədsiz, planlaşdırılmamış və pedaqoji baxımdan əsaslandırılmamış şəkildə həyata keçirilirsə, bu zaman ciddi fəsadlara yol açır. Məktəb bilik, tərbiyə və şəxsiyyətin formalaşdığı yerdir. Bu məkanı sosial şəbəkə trendləri ilə doldurmaq, dərsi reytinq qazanmaq vasitəsinə çevirmək, gələcək nəsillərin təhsil və dəyərlər sisteminə birbaşa təhdiddir. Təhsil əyləncəli ola bilər, amma əyləncə təhsilin məqsədinə çevrilməməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8909   Tarix: 04 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi

13:02 154
.

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixə

14:45 130
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

11:15 163
.

Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?

"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var. Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasi

15:26 115
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

15:07 122
.

Yeni binalar zəlzələyə nə qədər davamlıdır?

Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə

13:58 227
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 185
.

Neftin qiyməti 200 dollara çata bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiymətinin yenidən 100 dollar həddini keçməsi dünya enerji bazarında diqqəti mümkün daha böyük bahalaşma ssenarilərinə yönəldib. Sentyabrın 9-da Brent markalı neftin bir barrelinin qiyməti 101 dollardan yuxarı qalxıb. Yaxın Şərqdə davam edən gərginlik və neft tədarükündə mümkün fasilələrlə bağl

11:59 253
.

ABŞ-dan İrana yeni zərbə: Neft tankerləri hədəfə alındı

ABŞ ordusu İranın neft tankerlərinə zərbələr endirib. xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ rəsmisi çərşənbə axşamı "The Jerusalem Post"a bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırda İranı

11:49 143
.