"Xalq artistləri var, heç camaat tanımır"
Mədəniyyət naziri Adil Kərimli Bakıda vətəndaşları və bir neçə sənətçini qəbul edib. Nazirlə görüşənlər sırasında "Dəli Kür"ün Mələyi, Əməkdar artist Zemfira Sadıxova da olub.
BiG.AZ xəbər verir ki, aktrisa görüşün məğzi barədə OLAY-a açıqlama verib.
O bildirib ki, A. Kərimlidən Xalq artisti adı ilə bağlı xahiş edib:
"Xahişim Xalq artisti adı ilə əlaqədar idi. Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir. Ona görə də sizə ad verə bilmirik. İnanmıram ki, yaxın zamanda gündəmə gəlsin. Əgər bu müddət ərzində yığışdırılıbsa, deməli heç olmayacaq".
Aktrisa qeyd edib ki, daha öncə ev verilməsi ilə bağlı xahiş edib, verilməyib:
"25 ildir qızımın evində qalıram. Çünki ürəyimdən əməliyyat olunanda evimi satmışdım. Qızımın evində qalmağa məcbur idim. Ev də vermədilər. Getmişdim ki, bəlkə Xalq artisti adı verərlər. Mənə 1970-ci ildə Minsk şəhərində ən yaxşı aktrisa oyununa görə fəxri mükafat vermişdilər. "Dəli Kür"dəki Mələk obrazına görə...
Sonra bir çox xarici filmlərin dublyajında yer almışam, Gürcüstanda, Azərbaycanda, Moskvada filmlərə çəkilmişəm. 85 yaşım var, kino fəaliyyətimin 60 illiyidir. Axırıncı dəfə 2019-da "Qış nağılı" filminə çəkilmişəm, vəssalam. O qədər filmlərdir. Yəqin ki, bu da mənim bəxtimdən asılıdır. Bu yaşa gəlib çatdım, Xalq artisti adı ala bilmədim. Bu qədər Xalq artistləri var, heç camaat tanımır, məni isə tanıyırlar, sevirlər. Nazir özü dedi ki, Zemfira Sadıxova brenddir. Sağ olsun, qiymətləndirdi, başa düşdü. Bilir ki, mən necə sənətkaram. Xarici görünüşdən danışmıram, göz qabağındadır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 828 Tarix: 21 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır - ÖZƏL
"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd
09.09.2026 1009 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs
09.09.2026 193 Almaniya media orqanı Putinin Qərb sanksiyalarına qarşı "unikal kozırına" işarə edib
Mülki nüvə enerjisi Rusiya üçün təsir vasitəsinə çevrilərək Prezident Vladimir Putinin ikinci nüvə arsenalına və "unikal kozırına" çevrilib. xəbər verir ki, Almaniyanın "Frriankfurter Rundschau " (FR) qəzetinin jurnalistləri bu nəticəyə gəliblər. Məqalənin müəllifləri 400-dən ço
09.09.2026 137 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
09.09.2026 183 Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdləri
09.09.2026 228 Politoloqdan Rusiya-ABŞ münasibətləri ilə bağlı MARAQLI PROQNOZ
Rusiya və ABŞ arasında əməkdaşlıq vitse-prezident C.D. Vensin 2028-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə bərpa oluna bilər. xəbər verir ki, ABŞ politoloqu və Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin (HSE) Beynəlxalq Münasibətlər kafedrasının dosenti Dilan Payne Royc
09.09.2026 171 Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir
Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind
09.09.2026 195 ABŞ və Çin arasında iqtisadi rəqabət: Azərbaycanı nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ və Çin arasında iqtisadi rəqabətin yeni mərhələyə keçməsi dünya bazarlarında ticarət, logistika və qiymət dinamikasına təsir göstərir. Vaşinqtonun Çin mallarına və texnologiyalarına qarşı məhdudiyyətləri, Pekinin isə cavab tədbirləri qlobal təchizat zəncirlərində yeni dəyişikliklər yaradır. Çini
09.09.2026 216 Sabah Bakıya yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
09.09.2026 246