Bu ixtisaslar sıradan çıxır, bəs perspektivli sahələr hansılardır? - SİYAHI

Bu ixtisaslar sıradan çıxır, bəs perspektivli sahələr hansılardır? - SİYAHISüni intellektin və avtomatlaşdırmanın sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir çox peşələr süni intellekt və robot texnologiyaları tərəfindən əvəzlənir. İxtisas seçimində bu amilləri nəzərə almaq tələbələrin gələcək karyerası üçün vacibdir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də bu yaxınlardakı çıxışında bəzi ixtisasların öz aktuallığını itirdiyini, yeni ixtisasların yaradılmasına ehtiyac olduğunu bildirmişdi.

"Yalnız fiziki əməyə əsaslanan peşələr yox olacaq"

Mövzu ilə bağlı Teleqraf-a danışan təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, yalnız fiziki əməyə əsaslanan peşələrin gələcəyi yoxdur:

"O peşələr ki, innovativ deyil, təkcə fiziki əməyə və təkrarçılığa əsaslanır, onların sonu yaxınlaşıb. Çünki süni intellekt və robotlar bu cür işləri daha səmərəli şəkildə yerinə yetirə bilir. Məsələn, mühasibat sahəsində sadəcə hesablama aparan, başqa əlavə dəyər yaratmayan mütəxəssislər işlərini itirə bilərlər.

Eyni hal sadəcə mətni tərcümə edən tərcüməçilərə də aiddir. Lakin bu o demək deyil ki, süni intellekt bütün sahələri tam əvəz edəcək. Sadəcə öz sahəsində innovasiya gətirə bilməyən, fərqlənməyən insanlar üçün iş imkanları azalacaq."

Ekspert qeyd edib ki, ixtisas seçərkən davamlı inkişaf edən sahələrə yönəlmək lazımdır: "Mühəndislik, memarlıq, kompüter mühəndisliyi kimi sahələr hər zaman inkişaf edir. Humanitar sahələrdən isə psixologiya, sosiologiya kimi insana yönəlmiş ixtisaslar müəyyən qədər önəmini qoruya bilər. Çünki texnologiya nə qədər inkişaf etsə də, insan faktorunu tam əvəz edə bilməz."

Əmək bazarında ən çox hansı sahələr risk altındadır?

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, avtomatlaşdırma və süni intellekt bəzi peşələrin tələbatını azaldacaq, bəzilərini isə daha perspektivli edəcək:

"Beynəlxalq Əmək Təşkilatının və Dünya İqtisadi Forumunun hesabatlarına görə, 2030-cu ilə qədər avtomatlaşdırma dünya üzrə təxminən 85 milyon iş yerinin itirilməsinə səbəb olacaq. Bunun əvəzində isə 97 milyon yeni iş yeri yaradılacaq. Yəni iş yerləri yox olmayacaq, sadəcə transformasiya ediləcək. Əsas məsələ yeni bacarıqlara sahib olmaqdır."

O, xüsusilə aşağıdakı sahələrin risk altında olduğunu vurğulayıb:

Mühasibat və maliyyə – Süni intellekt artıq maliyyə hesabatlarını analiz edir və vergi planlamasını avtomatlaşdırır.

Kassir və müştəri xidmətləri – Rəqəmsal bankçılıq və AI əsaslı çatbotlar bu sahədə çalışanların sayını azaldır.

Ənənəvi jurnalistika – Süni intellekt məqalələr yaza, xəbərləri avtomatik analiz edə bilir.

Sənaye və istehsalat – Zavodlarda insan əməyini əvəz edən robot texnologiyalarının tətbiqi genişlənir.

Hüquq məsləhətçiliyi – Süni intellekt müqavilələri analiz edə və hüquqi məsləhətlər verə bilir.

Gələcəyin perspektivli sahələri hansılardır?

Ekspertə görə, yeni dövrdə tələbat duyulan bacarıqlar fərqli olacaq: "Gələcəkdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, bərpa olunan enerji, biotexnologiya, tibbi informatika və robototexnika sahələrində mütəxəssislərə daha çox tələbat olacaq. Məsələn, İsveç və Almaniya kimi ölkələr bərpa olunan enerji texnologiyalarına ciddi investisiyalar qoyur və bu sahədə mütəxəssislərə böyük ehtiyac var".

Kamaran Əsədov universitetlərin əmək bazarının tələblərinə uyğunlaşmasını vacib hesab edir:

"Təkcə nəzəri biliklər kifayət etmir. Universitetlər interdisiplinar proqramlar yaratmalı, tələbələrə həm texniki, həm də sosial bacarıqlar qazandırmalıdırlar. Mühəndislik oxuyanlar biznes biliklərinə də sahib olmalı, hüquqşanaslıqda oxuyan tələbələri texnologiya hüququ sahəsində də ixtisaslaşmalıdırlar. Əks halda, əmək bazarında rəqabətə davam gətirmək çətin olacaq."

Ekspertin fikrincə, müasir dövrdə tək bir ixtisasa sahib olmaq yetərli deyil:

"İnsanlar ömür boyu yeni bacarıqlar öyrənməli və daim yenilənməlidirlər. Artıq Google, Microsoft və Tesla kimi şirkətlər işə qəbul zamanı yalnız universitet diplomuna yox, praktiki bacarıqlara və öyrənmə qabiliyyətinə üstünlük verirlər.

Ona görə də tələbələr tənqidi düşünmə, analitik təhlil, rəqəmsal savadlılıq və adaptasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Kim bu bacarıqlara yiyələnsə, o, gələcəyin əmək bazarında uğur qazanacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1699   Tarix: 23 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 359
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 385
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1653
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 737
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 262
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 333
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 728
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 387
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 337
.