Logi Group Özbəkistanda 3 İllik Uğurlu Fəaliyyət

Logi Group Özbəkistanda 3 İllik Uğurlu FəaliyyətBiG.AZ-ın bugünkü qonağı Özbəkistanda uğurla fəaliyyət göstərən Logi Group şirkətini rəhbəri Loğman Məmmədovdur. Loğman Məmmədov kimdir ? hansı işlər görüb ? Bu haqda ətraflı müsahibəni oxumağa dəvət edirik.
Loğman Məmmədov, özünüzü və rəhbəri olduğunuz Logi Group şirkətini qısa şəkildə təqdim edərdiz
Mən Loğman Məmmədov, Logi Group şirkətinin təsisçisi və rəhbəriyəm. Şirkətimiz həm Azərbaycan, həm də Özbəkistan bazarında fəaliyyət göstərir. Artıq 3 ildir ki, Özbəkistanda zəif axın sistemlərinin satışı və quraşdırılması sahəsində xidmət göstəririk. Əsas istiqamətlərimizə yanğın siqnalizasiyası sistemləri, FM200 qazlı söndürmə sistemləri, sprinkler və avtomatik söndürmə sistemləri, daxili lokal şəbəkələrin qurulması, təhlükəsizlik kameraları, səs sistemləri, turniketlər və şlaqbaumların quraşdırılması daxildir.

Məhsullarınızı haradan əldə edirsiniz və əsas bazarlarınız hansılardır?
Məhsullarımızın böyük hissəsini Avropa və Çin Xalq Respublikasından idxal edirik. Bu məhsulları həm Özbəkistan, həm də Azərbaycan bazarına təqdim edirik. Məhsullarımızın keyfiyyəti və beynəlxalq standartlara uyğunluğu bizi bazarda rəqabətədavamlı edir.

Logi Group-un Özbəkistanda həyata keçirdiyi ən uğurlu layihələr hansılardır?
Özbəkistanda bir çox uğurlu layihələrdə iştirak etmişik. Bunlara Günaydın Restoranı, Big Chefs, Basalt Zavodu, USAT Universiteti, Mado, Calvin Klein, Tommy Hilfiger, New Yorker, Under Armour, Terranova, Blue Sky Hotel kimi prestijli obyektlər daxildir. Həmçinin, yaxınlarda Paşa Development tərəfindən inşasına başlanılan Ritz Carlton Hotel layihəsində iştirakımız bizim üçün xüsusi önəm daşıyır.

Şirkətinizin bu uğurlarının sirri nədir?
Şirkətimizin uğurunun əsas səbəbi peşəkar və fədakar komandamızdır. Hər bir layihədə keyfiyyətə və müştəri məmnuniyyətinə xüsusi önəm veririk. Komandamızın təcrübəsi və beynəlxalq standartlara uyğun işləmə tərzi bizi uğura aparır.

Gələcəkdə Logi Group-un inkişaf planları nələrdir?
Gələcəkdə həm Özbəkistan, həm də Azərbaycan bazarlarında fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Daha çox innovativ texnologiyalar gətirmək, yeni bazarlara daxil olmaq və xidmət çeşidimizi artırmaq bizim əsas məqsədlərimizdir. Keyfiyyətə olan sədaqətimizi qoruyaraq daha çox uğurlu layihələrə imza atmaq istəyirik.

Niyə məhz Özbəkistan?
Özbəkistanda bir çox nüfuzlu layihələr həyata keçirilir. Həm yerli, həm də beynəlxalq şirkətlər burada fəaliyyət göstərir və bizim təklif etdiyimiz yanğın siqnalizasiyası, təhlükəsizlik sistemləri və digər xidmətlərə tələbat yüksəkdir

Son olaraq, müştərilərinizə və tərəfdaşlarınıza nə demək istərdiniz?
Bizi seçən bütün müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirəm. Onların etimadı bizim üçün ən böyük motivasiyadır. Logi Group olaraq hər zaman keyfiyyətli xidmət göstərməyə və etibarlı tərəfdaş olmağa davam edəcəyik.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1415   Tarix: 03 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Poz-Qazan" tarixində bənzərsiz uduşlu yeni "Prestij" lotereyası satışda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ən böyük uduşlu oyunu olan "Prestij"i təqdim edir. 500 00 manat böyük uduşla yepyeni "Poz-Qazan" oyunu "Prestij" artıq satışdadır. Qiyməti 10 manat olan lotereya biletlərinin ümum

13.05.2024 1879
.

Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"deyə açıqlama verib. xarici KİV-ə istinadən xəbər verir ki, O, tez-tez saçın yuyulmasını tükün diblərinə zərərli olduğunu qeyd edib. Ona görədə saçını həftədə bir dəfə yuduğunu və belə daha sağlam olduğunu açıqlayıb

11.09.2023 1973
.

"Elmi Nəşrlər" şirkətinin direktoru ilə müsahibə: Şirkət "dəyişməyib" - biz əvvəldən də güclü idik

"Elmi Nəşrlər" şirkətinin direktoru ilə müsahibə: Şirkət "dəyişməyib" - biz əvvəldən də güclü idik. Elmi nəşrlərin peşəkar inkişaf və karyera məqsədlərinə nail olmaq üçün mühüm rol oynadığı bir dövrdə, bəzi alimlər elmi konsaltinq xidmətlərinə müraciət edirlər. Bu mərhələdə hüquq

14.04.2026 1023
.

Mingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTO

"Ölkə.Az" xəbər verir ki, Mingəçevir, 23 oktyabr 2025-ci il - "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regionlarda Peşə Günləri" adlı layihə çərçivəsind

27.10.2025 730
.

Mirfərhad Həbibidən yeni musiqi sürprizi: "Mavi gözündə" klipi YouTube-da yayımlandı - VİDEO

Gənc ifaçı Mirfərhad Həbibi dinləyicilərin diqqətini yeni layihəsi ilə cəlb etməyə davam edir. BİG.AZ xəbər verir ki, sənətçi bu dəfə "Mavi gözündə" adlı yeni mahnısını təqdim edib. Musiqi ilə yanaşı, ifaçı mahnıya xüsusi olaraq çəkilmiş klipi də izləyicilərin ixtiyarına verib. Sözügedən ekra

06.05.2026 509
.

İş Elanları Artıq Özləri Səni Tapır – Azərbaycanda Yeni Dövr Başlayır!

İş axtarışını asanlaşdırmaq və inkişaf etmək istəyənlər üçün Azərbaycanda tam fərqli bir yanaşma ortaya çıxıb. Artıq onlarla vakansiya saytında vaxt itirmək, uyğunluq dərəcəsi bilinməyən elanları əl ilə seçmək dövrü geridə qaldı. Tanış olun – , sadəcə bir vakansiya saytı deyil, sənin üçün işləyən karyer

20.06.2025 850
.

Azərbaycanda Kredit Seçimində Müqayisə Əsas Meyarlardan Birinə Çevrilir

Azərbaycanda kiçik məbləğli kreditləri araşdıran istifadəçilərin qərarvermə davranışında son illərdə daha müqayisəli yanaşma müşahidə olunur. Kredit araşdıran şəxslər yalnız məbləğin əlçatan olub olmamasına deyil, fərqli təkliflərin hansı şərtlərlə təqdim edildiyinə də diqqət yetirirlər. Bu yanaşma istifadəçiləri

11.07.2026 317
.

BRAVO-dan WOLT-la sürətli çatdırılma! ALIŞ-VERİŞ QAPINIZDA!

Bakı sakinləri üçün əla xəbər: Wolt və Bravo marketlər şəbəkəsi birləşərək gündəlik alış-verişinizi birbaşa qapınıza çatdırır! Bu tərəfdaşlıq sayəsində Wolt-un qabaqcıl çatdırılma xidməti indi Bravo-dan olan bazarlığınızın sürətlə və etibarla çatdırılmasını təmin edir. WOLT-la əməkdaşlıq çərçivəsind

14.08.2024 871
.

"Luca Polare"in Bakıda yeni qəhvəsinin açılışı oldu

Ecazkar qəhvə ətri artıq iki ünvandan yayılır!. Premium dondurmaları və eksklüziv kofeləri ilə tanınan "Luca Polare"in Bakıda yeni qəhvəsinin açılışı oldu. Bu, Gürcüstanın 5 şəhərində 23 ünvanda fəaliyyət göstərən kafelər zəncirinin Bakıdakı ikinci belə şöbəsidir. Artıq 15 ildir ki, Gürcüstand

12.02.2024 1884
.