Qlobal oyunlarda alətə çevrilən İrəvanın düşünülməmiş addımları regional təhlükəsizliyi təhdid edir

Qlobal oyunlarda alətə çevrilən İrəvanın düşünülməmiş addımları regional təhlükəsizliyi təhdid edirABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması regionda yeni siyasi reallıqlar formalaşdıracaq. Azərbaycan İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımını diqqətlə izləyir. Odur ki, Bakı öz xarici siyasətində müəyyən korrektələr etmək məcburiyyətindədir. Söhbət Cənubi Qafqazda – Azərbaycana məğlub olmuş bir ölkənin hərbi, qlobal siyasi qarşıdurma poliqonuna çevrilməsindən gedir.

Bu fikirləri saytımıza Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

"Qərb-Rusiya-İran qarşıdurmasında özünü tapdaqaltı edən Ermənistanda qopacaq tozanağın dumanı Azərbaycanda da atmosferi korlaya bilər. Qonşuluğumuzda üç fərqli tərəfin - Rusiya, Avropa və ABŞ-nin hərbi qüvvələrinin mövcudluğu, onsuz da, həssas olan gərginliyi bir qədər də artıracaqdır". Ermənistanı get-gedə Suriyaya döndərən, qlobal oyunların alətinə çevrilən Paşinyan hökumətinin təhlükəli siyasi ekspermentlərlə "təcrübələrini" artırmaq istəməsi erməni baş nazirin siyasətdə hələ də piyada olduğunu deməyə imkan verir.
Ermənistanın hansı ölkə, ittifaqla necə əməkdaşlıq etməsini onun suveren hüququ kimi qəbul etmək olardı, amma İrəvanda ucalan revanşizm sədaları qulaqlara heç də xoş gəlmir. Necə deyərlər, İrəvan yenə də xaric oxuyur…
Ermənistan-ABŞ arasındakı xartiya çoxsahəli əməkdaşlığı nəzərdə tutur. Bura iqtisadiyyat, təhlükəsizlik, müdafiə, demokratiya, inklüzivlik və hümanitar əlaqələrin gücləndirilməsi kimi məsələlər daxildir. Ermənistan onsuz da, bu sahələrin bir çoxu üzrə çoxdandır ABŞ ilə əməkdaşlıq edirdi. Əməkdaşlığın genişləndirilməsi və hüquqi sənəd üzərinə köçürülməsinin hansı zərurətdən doğması olduqca düşündürücüdür.
Deputat qeyd edib ki, Blinkenin açıqlamasına görə, ABŞ Ermənistanın sərhədlərini möhkəmləndirmək üçün ekspert yardımı göstərəcək. Bu, eyni zamanda Avropa Birliyinin sərhədlərdə artıq mövcud olan vizual kəşfiyyatçıları və texnikası ilə paralel irəliləyən bir prosesdir. Lakin bu təşəbbüsün, Azərbaycanın sülh müqaviləsi danışıqlarına mane olmaq potensialını da ortaya qoya bilər. Cənab Prezident yerli televiziya kanallarına müsahibəsində ötən ilin aprel ayında Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfdaşlığına da toxunmuşdu. Bu sənəd həmin prosesin rəsmiləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xartiyanın gürcü ssenarisini təkrarlamaq ehtimalı yüksəkdir. ABŞ-ın Gürcüstanla strateji xartiya imzalamasından 16 il keçir. "Demokratiya" və "inklüzivlik" haqqında tezislər orda da var idi. Bu, Tiflisə Abxaziya və Cənubi Osetiyanı qaytarmağa kömək etdimi? Ermənistan Ukraynadan da nəticə çıxarmalıdır. Rusiya da bu məsələdə, yəqin ki, susmayacaq.
Ermənistanın ABŞ və Rusiya arasında balanslı siyasəti diqqət mərkəzindədir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müaqaviləsi Təşkilatınnın son tədbirində iştirak etməməsi və mövcud addımı onun planlaşdırılmış Qərb mövqeyini açıqlayır. Çökdürülmüş iqtisadiyyatı və tükənmiş hərbi potensialı ilə Ermənistan ABŞ üçün Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirmək və Rusiyanı regiondan sıxışdırmaq məqsədi daşıyır. Ermənistan bu addımla Rusiya üçün qırmızı xətti keçdi.
Xartiya Ermənistan-İran əlaqələrini nə dərəcədə məhdudlaşdıracaq? Bu sual hələ açıq qalır. İranın bu təşəbbüsə hələ rəsmi reaksiya verməməsi maraqla qarşılanır. Yəqin, bu xartiya onu da narahat etməlidir.
Məlumdir ki, Ermənistan Parlamenti Avropa İttifaqına üzv olmaq üçün də müraciət etmişdi. ABŞ ilə Ermənistan əməkdaşlığı çərçivəsində guya mülki nüvə əməkdaşlığı da nəzərdə tutulur. Metsamor Atom Elektrik stansiyası ilə yanaşı, bir sıra kiçik atom elektrik stansiyalarının tikintisi də planlaşdırılır. Guya gələcəkdə İŞİD-lə mübarizədə tərəfdaşlıq müqaviləsi imzalayacaqlar. Amma ABŞ-ın yeni adminstrasiyası Türkiyəyə qarşı çıxacaqmı? .
ABŞ-Ermənistan xartiyasını deklarativ sənəd kimi qiymətləndirənlərin də arumentləri ağlabatandır. Bayden administrasiyasının gethagetdə İrəvanla strateji əməkdaşlıq xartiyasını imzalamaqla yeni seçilmiş prezident Donald Tramp iqtidarını çətin vəziyyətdə qoyur. Trampın bu xartiyaya nə dərəcədə həssas yanaşacağını, əməl edəcəyini zaman göstərəcək. Bayden hökumətindən fərqli olaraq qlobal qarşıdurmaların güclənməsində maraqlı görünməyən, gərginliklərin azaldılması üçün çalışan Trampın Cənubi Qafqazda sülh yoxsa, xaos görmək istəməsi yaxın vaxtlarda aydın olacaqdır. Sözsüz ki, ABŞ-nin regionda maraqları ciddi şəkildə dəyişməyəcək: İran və Rusiyanın xarici ölkələrdəki təsirlərini azaltmaq, strateji nöqtələrdə öz mövqeyini gücləndirmək Vaşinqtonin xarici siyasətinin prioritetini təşkil edir. Özünü Ağ Evin siyasətinin alətinə çevirən Ermənistanın dəyişkən və qeyri-sabit xarici siyasəti, tərəfdaşlıqda etibarsızlığı Rusiya və İranı bir daha düşündürməlidir.
Görünən odru ki, Qərb ölkələri sanki Ermənistanı hərbi, iqtisadi, təhlükəsizlik sahələrdə ayağa qaldırmaq yarışına girişiblər. Gürcüstan siyasətində fiaskoya uğrayan Qərb indi də Ermənistanı regionun başağrısına çevirmək niyyətindədrlər. Ermənistanın timsalında bu bölgədə "ərköyün bir müttəfiq" yaratmaq istəyən Qərb İrəvanın hər nazı ilə oynayır, bütün cığallıqlarına səbrlə yanaşırlar.
Mehriban Vəliyeva bildirib ki, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan İrəvanın təhlükəli xarici siyasətini qulaqardına vura bilməz. Baş verənlər Azərbaycanın hərbi potensialını daha da gücləndirməsini və Türkiyə ilə müttəfiqliyini genişləndirməsini diqtə edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 529   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?

"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

12:58 134
.

"Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib

Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble

16:04 258
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 160
.

TƏBİB-də yeni təyinat

İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. BİG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar

14:46 201
.

PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI

"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

12:34 112
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

16:12 225
.

Trampın adanın Amerika bayrağı altında göstərildiyi xəritəni paylaşmasından sonra İslandiya ABŞ səfirini çağırıb

Yerli yayımçı RUV-un verdiyi məlumata görə, Prezident Donald Trampın sosial mediada adanın və digər ölkələrin Amerika bayrağı ilə örtüldüyünü göstərən bir şəkil paylaşmasından sonra İslandiya bazar ertəsi günü ABŞ səfirini çağırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xəritədə ABŞ bayrağı ilə örtülmü

11:48 176
.

İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını

10:57 207
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

14:51 187
.