Çexiyada pensiya yaşı 67-yə qaldırılır
Çexiyada pensiya yaşı tədricən 65-dən 67-yə qaldırılacaq.
"Report" "Idnes" xəbər portalına istinadən xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel pensiya islahatı haqqında qanun imzalayıb.
Pensiya yaşının artırılması 1965-ci ildən sonra doğulmuş vətəndaşlara aiddir. Bu, hər il bir ay artırılacaq. Məsələn, 1972-ci ildə doğulanlar 65 il 7 ay, 1975-ci ildə doğulanlar 65 il 10 ay, 1989-cu il və sonra doğulanlar isə 67 yaşında təqaüdə çıxa biləcəklər.
2026-cı ildən etibarən və növbəti 10 il ərzində pensiyaların hesablanması azaldılmış şəkildə aparılacaq. Bu dövrdə qanuna əsasən, gələcək pensiyanın hesablanması zamanı hər il qazancın daha az hissəsi nəzərə alınacaq.
"Newsbox.cz" qeyd edib ki, qanun ölkədə "gözlənilən ömür uzunluğunun artmasını" əks etdirir. "Ceske Noviny" yazıb ki, hökumət 1930-1940-cı illərdə doğulmuş insanların pensiyaları üçün vəsait ayırmaq məqsədilə pensiya islahatını təsdiqləyib.
Hökumətin islahatı həmçinin bir sıra digər tədbirləri nəzərdə tutur, məsələn, minimum pensiyanın hazırda təxminən 46 min kron (təxminən 3,3 min AZN) təşkil edən ölkədəki orta əməkhaqqının 20 %-nə qədər artırılması.
Həmkarlar ittifaqları və müxalifət partiyalarının etiraz etdiyi pensiya islahatını hökumət təşəbbüs edib. Nazirlər Kabineti pensiya yaşının artırılmasının zəruriliyini hazırda 40 və daha az yaşı olanlara layiqli pensiyaların ödənilməsi üçün lazımi vəsaitin təmin edilməsi ilə əsaslandırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 647 Tarix: 15 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada güclü zəlzələ oldu
Rusiyanın Buryatiya Respublikasının Tunkin rayonunda 6.7 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsindən məlumat verilib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:18-də baş verib. Zəlzələnin episentri Kıren yaşayış məntəqəsində
13.07.2026 172 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki
13.07.2026 129 "Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır"
"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır". "Qafqazinfo" xəbər veri
13.07.2026 207 Pensiyalar sabah ödəniləcək
İyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri
13.07.2026 255 Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...
NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"
13.07.2026 127 "Prezident Tramp sülhsevər insandır"
"Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib. "O, (Tramp - red.) artıq dəfələrlə qeyd edib, dünyanı
13.07.2026 221 İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır. xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib
13.07.2026 139 Prezidentin hesablarında Forumdan video paylaşıldı
Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx yayımlanıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:
13.07.2026 262 Deputatdan Mirşahinin "hamam", "diş yuma" və "tərbiyəsizlik" ittihamına cavab
Son günlər sosial şəbəkələrdə Mirşahin Ağayevin Real TV-də yayımlanan "Media masası" verilişində televiziya ilə bağlı səsləndirilən fikirlər müzakirə olunur. Tanınmış jurnalist televizora baxmamağı "tərbiyəsizlik" adlandırıb:. "Televizora baxmıram" sözünü deyən adama bilirsini
13.07.2026 211