Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə verib

Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə veribABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif edib.

"Report" xəbər verir ki, bu barədə amerikalı siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Qürurla Keşyap "Keş" Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm. Keş parlaq hüquqşünas, müstəntiq və "Öncə Amerika" mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, "Russia, Russia, Russia Hoax"u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib", – respublikaçı qeyd edib.

"Russia, Russia, Russia Hoax" Donald Trampın 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi və onun kampaniyasının Moskva ilə əlaqələri barədə araşdırmaları təsvir etdiyi ifadədir. Tramp iddia edirdi ki, bu araşdırmalar siyasi "əcinnə ovu"nun bir hissəsi idi və prokurorluğun təqdim etdiyi sübutlar isə saxta idi.

Tramp FTB-nin yeni direktoru ilə "Amerikada cinayətkarlıq epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar qruplaşmaları zərərsizləşdirəcəyinə və ABŞ sərhədindən keçən narkotik və insan alverini dayandıracağına" əminliyini ifadə edib.

44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel "Trampın maksimum sadiq tərəfdarı" hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən "oğurlandığına" əmindir. Trampın məğlubiyyətindən sonra Patel "Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən" məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.

Əvvəllər Patel Ağ evin Milli Təhlükəsizlik Şurasında işləyib, milli kəşfiyyat direktorunun vəzifəsini müvəqqəti icra edənin müşaviri olub və Trampın prezidentlik müddətinin sonunda ABŞ müdafiə nazirinin aparatına başçılıq edib. "Associated Press"ə görə, Konqresin Senatı tərəfindən onun namizədliyi təsdiq edilərsə, Patel büronun işində radikal dəyişikliklər edəcək. Agentlik xatırladır ki, əvvəllər Patel FTB və ABŞ Ədliyyə Nazirliyində təmizləmələrin aparılmasını dəstəkləyib və büronun Vaşinqtondakı qərargahının bağlanmalı və orada "Dərin Dövlət muzeyi"nin təşkil edilməli olduğunu bəyan edib. ABŞ-də "dərin dövlət" dedikdə böyük təsirə malik olduğu düşünülən kölgə bürokratik strukturlar nəzərdə tutulur. "Dərin dövlət" anlayışı XX əsrdə Türkiyədə yaranıb və hərbi qüvvələr, xüsusi xidmət orqanları və bürokratiyanı əhatə edən, demokratik nəzarətdən kənar fəaliyyət göstərən gizli hakimiyyət strukturlarını təsvir etmək üçün istifadə olunub. Bu termin rəsmi qurumları kənarda qoyaraq siyasətə təsir göstərə bilən gizli şəbəkələri ifadə edir. ABŞ-də bu termin XXI əsrin əvvəllərində, xüsusilə Donald Trampın prezidentliyi dövründə siyasi diskursda populyarlaşıb.

Patel FTB direktoru vəzifəsində Kristofer Reyi əvəz edəcək. Rey bu vəzifəyə 2017-ci ildə Trampın ilk prezidentlik müddətində təyin edilmişdi. Büro rəhbərinin səlahiyyət müddəti 10 il təşkil edir, lakin "Associated Press"in qeyd etdiyi kimi, Reyin ehtimal olunan istefası gözlənilməz olmayacaq, çünki Tramp onun işindən çoxdan narazıdır. Respublikaçı dəfələrlə bəyan edib ki, xüsusi xidmət orqanı öz vəzifələrinin öhdəsindən gələ bilmir və onun rəhbərliyi araşdırmaları siyasiləşdirir. Noyabrda "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Rey "2025-ci ilin əvvəlindən sonrakı dövr üçün iş qrafikini tərtib edir və istefaya getmək niyyətində olduğuna dair heç bir əlamət göstərmir".

Xatırladaq ki, daha əvvəl Britaniyanın "The Guardian" qəzeti Trampın ona "sadiq olanlara səxavətlə mükafat verəcəyini, düşmənlərindən isə amansız qisas alacağını gizlətmədiyini" yazmışdı. Belə ki, köşə yazarı Arva Mahdavi Trampın keçmiş tənqidçilərinin birdən-birə onun haqqında "yanıldıqlarını" başa düşdükləri vəziyyəti qeyd edərək bunu "yaltaqlığın qızıl çağı" kimi təsvir etmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 01 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)

II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey

10:14 229
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntını

11:02 132
.

Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası

ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c

06.09.2026 231
.

Ağ Ev Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni detalları açıqladı

Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələr

06.09.2026 239
.

Mossad Müctəba Xamneyinin izinə düşüb: ABŞ və İsrail onu məhv edə bilərmi?

İran və İsrail arasında qarşıdurmanın yenidən kəskinləşməsi regionda yeni müharibə ssenarisi ilə bağlı narahatlıqları artırıb. "The Jerusalem Post" İranın İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazarkən, İsrail Baş naziri Benyamin Netanyahu Tehran rejiminin dəyişdirilməsinin əsa

10:39 480
.

İran Cənubi Koreyaya xəbərdarlıq edib ki, Hörmüzdəki mövcudluğu ABŞ-a dəstək kimi qəbul ediləcək və bunun "nəticələri" olacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü X/Twitter-də paylaşım edərək bildirib ki, Cənubi Koreyanın Hörmüz körfəzi və boğazındakı əməliyyatlarda hərbi iştirakı və ya iştirakı ABŞ-ın "təcavüzünə" dəstək kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq. BİG.AZ The Jerusale

12:27 123
.

ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır

ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B

06.09.2026 210
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

13:22 81
.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

12:04 181
.