Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında yerli və Afrikanın bir sıra digər ölkələrindən olan gənc diplomatların qatıldığı dəyirmi masada iştirak edib. "Azərbaycanın xarici siyasəti" mövzusunda çıxış edən F.Rzayev ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanla Mərakeş arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.
Nazir müavini səfər çərçivəsində Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən "Suverenlik və dayanıqlıq imkanları: yeni qlobal tarazlığa doğru" mövzusunda 16-cı Beynəlxalq MEDays Forumunda iştirak edib.
Foruma 100-dən çox ölkədən 6 minə yaxın nümayəndə qatılıb. Forumun enerji keçidləri mövzusuna həsr olunmuş panel sessiyasında çıxış etmiş F.Rzayev ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.
29 noyabr tarixində "qlobal idarəçilik böhranı və multilateralizm" mövzusunda panel sessiyasında çıxışında nazir müavini Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə dair Forum iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən başlayaraq, beynəlxalq hüququn aliliyi və multilateralizmə xüsusi önəm verdiyini bildirən F.Rzayev ölkəmizin üzləşdiyi təhdidlər, erməni işğalının fəsadlarına toxunub. Azərbaycanın mühüm enerji və nəqliyyat layihələri ilə daha geniş bölgədə inteqrasiya proseslərinə vacib töhfə verdiyinə vurğu edilib. Azərbaycanın Qoşulmama Hərəkatına 4 il müddətində uğurla sədrlik etdiyinə diqqət yönəldilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 628 Tarix: 01 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb. Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanı
13.07.2026 256 Bakıda maşında meyit tapıldı
Bakıda maşından meyit tapılıb. xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 45 yaşlı Yuriy Georciyeviç Fyodorovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Cəmənzəminli küçəsində özünə məxsus "Toyota" markalı avtomobilində aşkar edilib
13.07.2026 325 "AzerGold"un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
"AzerGold" QSC və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib. "AzerGold" QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil oluna
14:04 70 Tənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir
Gürcüstan hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Bu qərar Gürcüstan nümayəndə heyətinin qəbul edilən tənqidi qətnaməyə etiraz olaraq iclası tərk etməsinə baxmayaraq verilib. xəbər verir ki, bu barədə TAS
11:41 143 Kiyevdəki hücumun hədəfi məlum oldu
Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbənin hədəfinin "Neptun", FP-7 və FP-9 raketləri üçün elektronika istehsal edən "Radioizmeritel" zavodu olduğu bildirilir. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb. Məlumat
11:01 142 Ukrayna rəsmiləri bildirir ki, Rusiya raketləri Kiyevə zərbə endirib, lakin itki yoxdur
Rusiya qüvvələri çərşənbə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə raketlərlə hücum edib və şəhərin bir-birindən geniş şəkildə ayrılmış rayonlarında yanğınlara səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, yüksək vəzifəli rəsmilər bildiriblər. Şəhərdə hava həyəcanı təxminən 50 dəqiqədə
11:06 139 Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilən qadınların sayı
Bu ilin ilk 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib. bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir. Məlumatda qeyd edilib ki, onlarda
13.07.2026 257 Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto
Aktrisa Zümrüd Qasımovanın həyat yoldaşı Nazim Zeynalovla yeni fotosu diqqət çəkib. Axşam.az xəbər verir ki, cütlüyün birgə şəklini aktrisanın rəfiqəsi, rejissor Səidə Haqverdiyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, Zümrüd Qasımova bir müddət əvvəl bəzi sənəd işlərinə görə həyat yoldaşında
10:51 234 Qabları paltaryuyan tozla yumaq olar?
Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. xarici mediay
13.07.2026 263