"Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir"-Tural İsmayılov

"Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir"-Tural İsmayılov"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?"

Bu sözləri Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçımız qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir. Birinci tendensiya ondan ibarətdir ki, Qərb dövlətləri aktiv şəkildə Ermənistan vasitəsilə bizim coğrafiyamızda gərginlik ocaqları yaratmağa çalışırlar:

"Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir"-Tural İsmayılov"Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Yunanıstanın Rusiyadan əldə etdiyi S300-ləri Ermənistana ixrac etməsi ilə bağlı xəbərlər onu göstərir ki, Ermənistan Azərbaycanla kiçik müharibə aparmaq iddiasındadır.
Ermənistanda bu gün çox ciddi iqtisadi problemlər mövcuddur. Həmçinin bilirik ki, Ermənistanda iqtidar komandası içərisində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün qəsdən Ermənistan Azərbaycanla yeni bir müharibə aparmaq və fikirləri oraya yönəltmək istəyir.
Digər bir hədəf də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır.
Qərbin isə Ermənistanı silahlandırmaq da bir neçə məqsədi var. Bu məqsədlərdən biri Ermənistanı silahlandırmaqla Rusiyanın bu ölkənin hərb sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin onun ərazilərindən Rusiyaya qarşı istifadə etməyə çalışmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1165   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala

11:30 139
.

Aİ-dən Qəzza ilə bağlı QƏTİ MÖVQE: Fələstinlilərin köçürülməsi rədd edildi

Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib. bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzz

06.09.2026 244
.

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Ba

06.09.2026 296
.

Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...

Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis

11:03 102
.

Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik

"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy

11:34 88
.

İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib

İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli

12:20 0
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma

06.09.2026 238
.

Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər

06.09.2026 224
.

FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb

ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu

06.09.2026 227
.